12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kremlin təyyarələri Ufa və Surquta məxfi uçuşlar edir - Putinin bunkerə sığınması nüvə təhlükəsini artırır
Tarix: 30-03-2022 17:43 | Bölmə: Slayd
Kremlin təyyarələri Ufa və Surquta məxfi uçuşlar edir - Putinin bunkerə sığınması nüvə təhlükəsini artırır

Rusiyada yüksək vəzifəli şəxslərin təyyarə hərəkətlərini izləyən araşdırmaçı-jurnalist Kristo Qrozev Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu ilə bağlı yeni iddia irəli sürüb.

Reyting.az
xəbər verir ki, jurnalistin iddiası Rusiyanın ata biləcəyi yeni addımlarla bağlı narahatlıqları artırır.

Dünən İstanbulda keçirilən tarixi sammitdən sonra Rusiya və Ukrayna arasında tezliklə atəşkəs olacağına ümidlər yaransa da, Putinin daha təhlükəli addımlar atıb-atmayacağı hələ də dünya üçün böyük narahatlıq doğurur.

Bu narahatlıqların artığı bir vaxtda Rusiya prezidenti Vladimir Putin və yüksək rütbəli komandirlərin Ukrayna müharibəsini bunkerlərdən apardıqlarına dair yeni iddialar ortaya çıxıb.

Qrozevin sözlərinə görə, Kremlin yüksək rütbəli rəsmilərinin istifadə etdiyi təyyarələrin hərəkəti Putinin Qərbi Sibirdə - Surqut yaxınlığındakı bunkerdə ola biləcəyini göstərir.

Həftələrlə müəmmalı şəkildə yoxa çıxan və ekranda görünməsinə baxmayaraq səhhəti ilə bağlı söz-söhbətlər dolaşan müdafiə naziri Sergey Şoyqunun da Moskvadan 1600 km kənarda - Ufa şəhəri ətrafında bunkerdə olduğu güman edilir. Şoyqunun 31 yaşlı qızı Kseniyanın Ufada bir neçə dəfə görüntülənməsi isə rusiyalı nazirlə bağlı deyilənlərə inamı artırır.

İngilis araşdırma təşkilatı “Ellingcat”da çalışan jurnalist Qrozev 66 yaşlı rusiyalı nazirin nüvə müharibəsi qorxusundan sığınacağa getdiyini iddia edir və Şoyqunun Uralın cənubundakı sığınacaqda qaldığını bildirir.

“Mən tam əminəm ki, Şoyqu bunkerdədir. Təyyarəsinin hərəkətindən sonra biz onun Ufaya çox tez-tez uçduğunu görürük. Bu ərazidə möhkəm mühafizə olunan bunkerlərin olduğunu bilmək bizə onun yaşayış yeri ilə bağlı dəqiq cavab verir”,- Qrozev deyib.



Qrozev Putinin başqa bunkerdə olduğunu iddia edir: “Putin yəqin ki, başqa yerdədir, çünki biz Ufaya gedənlərdən daha çox gizli uçuşlar görürük. Bunlar dövlət təyyarələridir və Surqut ətrafında transponderlərini söndürürlər. Son mərhələ olduqca gizli görünür. Çox güman ki, orada hökumət elitasının qaldığı başqa bir iqamətgah da var”.

Xatırladaq ki, müharibənin ilk günlərində Putinin yaxın qohumlarını Altay dağlarında gizli sığınacağa aparması ilə bağlı iddialar geniş müzakirə olunsa da, sübuta yetirilməyib.

Yüksək mühafizə olunan nüvə bunkerlərinə işarə edən vəzifəli şəxslərin təyyarə hərəkətləri Putinin nüvə silahlarını hazır vəziyyətə gətirəcəyi ilə bağlı narahatlıqları yenidən artırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər