12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Dünyada taxıl qıtlığı yarana, Yaxın Şərqdə inqilablar başlaya bilər
Tarix: 31-03-2022 16:00 | Bölmə: Slayd
Dünyada taxıl qıtlığı yarana, Yaxın Şərqdə inqilablar başlaya bilər

Ukraynadan ixracın olmaması səbəbindən bəzi ölkələrdə aclıq təhlükəsi yarana bilər. Artıq bu təhlükə barədə beynəlxalq səviyyəli ekspertlər də xəbərdarlıq edirlər. Reyting.az xəbər verir ki, Ukraynanın aqrar siyasət və ərzaq nazirinin müavini Taras Vısotski də belə bir təhlükəni real sayır.

Nazir müavini deyib ki, Ukrayna son illər taxıl tədarükçüləri beşliyinə daxil olub. Bir çox ölkələr buğda, arpa və qarğıdalı tədarükünə görə Ukraynadan asılıdır.

Ukrayna eyni zamanda günəbaxan yağının ilk tədarükçüsü, quş əti, bal və süd məhsullarının əhəmiyyətli tədarükçüsüdür.

Ukrayna məhsullarından ən çox asılı olan regionlara baxdıqda, bu, Şimali Afrika da daxil olmaqla, Yaxın Şərqdir.

T. Vısotski bildirib ki, Misir də Ukrayna məhsullarının əsas idxalçılarındandır:

“Biz məhsullarımızı Cənub-Şərqi Asiyaya, xüsusən fəal şəkildə tədarük edirik. İndoneziyaya, Koreyaya, Çinə”.

Nazir müavini diqqətə çatdırıb ki, Cənub-Şərqi Asiyada ölkələr müvəqqəti olaraq başqa məhsullara keçə bilsələr də, Yaxın Şərq və Şimali Afrika ölkələri faktiki olaraq yalnız Ukrayna tədarükdən asılıdır.

Qeyd olunub ki, bir aydan çoxdur limanlar bağlanıb. Bununla təkcə taxıl deyil, ət məhsullarının, xüsusən də mal əti, quş əti, yumurta və süd məhsullarının ixracı da dayanıb. Əslində bu, ölkələrdə əhəmiyyətli qıtlığa və aclığa səbəb ola bilər.

Vısotskinin sözlərinə görə, günəbaxan yağı ixracının 55 faizi - mütləq əksəriyyəti -Ukraynanın payına düşür. Eyni zamanda, Çin və Hindistandan başqa, Avropa İttifaqı əsas idxalçıdır. Hesab olunur ki, Ukrayna təchizatı olmadan qlobal defisit yaranacaq.

Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva Dohada keçirilən forumda Rusiyanın Ukraynaya müdaxiləsinin ərzaq problemləri səbəbindən Yaxın Şərqdə sabitliyin pozulmasına səbəb ola biləcəyini deyib.

BVF rəhbərinin fikrincə, müharibənin dünya iqtisadiyyatına təsiri və işğala görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Yaxın Şərqdə yeni “Ərəb baharı”nın ilkin şərtlərini təhrik edə bilər.

Georgiyeva dünya ictimaiyyətini ərzaq və enerji çatışmazlığının və nəticədə ərzaq qiymətlərinin artmasının qarşısını almaq üçün səyləri əlaqələndirməyə çağırıb.

İcraçı direktor diqqətə çatdırıb ki, Ukraynanın dünya bazarına taxıl çıxara bilməsi üçün ölkədə hərbi əməliyyatlar mümkün qədər tez dayandırılmalıdır: “Tanklar nə qədər tez yola düşsə, traktorlar da bir o qədər tez işləyəcək. İyul ayına qədər Ukraynada məhsul yığmalıyıq ki, ərzaq qiymətlərinin sabitliyini təmin edə bilək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər