12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ Azərbaycanın ikinci böyük müttəfiqi olan ölkədə hökuməti dəyişir
Tarix: 01-04-2022 10:31 | Bölmə: Slayd
ABŞ Azərbaycanın ikinci böyük müttəfiqi olan ölkədə hökuməti dəyişir
İmran Xan

Vəzifədən çıxarılması üçün etimadsızlıq təklifi verilən Pakistanın Baş naziri İmran Xan iddia edir ki, onun hökumətini devirmək planının arxasında ABŞ durur. İmran Xan etimadsızlıq səsverməsindən əvvəl xalqa müraciət də ünvanlayıb. O, müraciətində hökumətini devirmək üçün xarici layihənin və dəlillərin göstərildiyi iddia edilən “təhdid notu”na da istinad edib.

Reyting.az
xəbər verir ki, dost Pakistanda keçirilən son parlament seçkilərinin problemlər yaratdığı İmran Xan çıxışında ABŞ-ın adını sui-qəsdin arxasında duran ölkə kimi hallandırıb, xarici bir ölkənin Pakistan xalqına qarşı təhdid mesajı göndərdiyinə diqqətə çəkib.

Yuxarıda qeyd olunan xəbərdarlığın mahiyyətinə varmayan Xanın ehtimalına görə, onlar müxalifətlə bağlantılı ola bilərlər və Pakistana qəzəblidirlər: “Bunun üçün bəhanələr gətirirlər. İmran Xan etimadsızlıq səsverməsini itirərsə, Pakistanı bağışlayacaqlarını deyirlər, lakin bu addım uğursuz olarsa, Pakistanın çətin vaxtdan keçməli olacağını bildirirlər. Deyirlər ki, əgər İmran Xan Baş nazir postunda qalacaqsa, bu zaman münasibətlər pozulacaq, ölkə çətinliklərlə üzləşəcək”.

Xan Pakistanı nəzərdə tutaraq əlavə edib ki, 220 milyonluq bir millətik və başqa bir ölkə isə heç bir səbəb göstərmədən bizi təhdid edir.

Baş nazir sözügedən notanın Pakistan səfirinə çatdırıldığını bildirib, lakin notada qeyd olunan mətnin hamısını izah etmədiyini, orada “başqa dəhşətli” detalların olduğunu diqqətə çatdırıb.

Baş nazir bildirib ki, ondan sonra hakimiyyətə gələnlər xarici güclərdən əmr almaqda heç bir problem yaşamayacaqlar.

İmran Xan Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N) lideri Şahbaz Şərifə, Pakistan Xalq Partiyasının (PPP) həmsədri Asif Əliyə və Pakistan Demokratik Hərəkatının (PDM) lideri Fəzal-ur-Rəhmana işarə edərək deyib ki, ən narahat məqam Pakistanda yaşayan insanların xarici güclərlə təmasıdır.

Xan çıxışnda Rusiyaya səfərini də xatırladıb, ölkənin yüksək səlahiyyətli rəsmiləri ilə görüşünün ardınca bu ölkəyə səfərindən söz açıb.

Məlumat üçün qeyd edək ki, Pakistanın parlament müxalifəti İmran Xanın istefaya göndərilməsi ilə bağlı etimadsızlıq təklifini martın 28-də qəbul edib və təklifin müzakirəyə çıxarılmasından sonra 7 gün ərzində səsvermənin olacağı gözlənilir. Baş nazir Xanın istefaya göndərilməsi üçün 172 səs lazımdır, müxalifətin yaratdığı alyansın isə hazırda 177 səsi var.

Onu da qeyd edək ki, 59 yaşlı İmran Xan Pakistanda Ədalət Hərakatı Partiyasına sədrlik edir və 2018-ci ildən ölkənin baş naziridir.

Reyting.az




Bölməyə aid digər xəbərlər