12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rus komandanın səs yazısı yayılıb - Rusiya ordusunda fərarilər artır - Video
Tarix: 01-04-2022 13:38 | Bölmə: Slayd
Rus komandanın səs yazısı yayılıb - Rusiya ordusunda fərarilər artır

Ukraynada döyüşməkdən imtina edən Rusiya hərbçiləri komandanları tərəfindən “qorxaq və satqın” kimi damğalanır. Daxili İşlər Nazirliyinin tabeliyindəki komandanlardan biri (Sibiri təmsil edir) döyüşməkdən boyun qaçıran əsgərlərə “Uşaqlarınız atalarının nə qədər qorxaq olduğunu öyrənəcək”, “Siz tibb bacılarından da zəifsiniz?” - deyərək bağırır.

“YouTube” kanalında Putinə qarşı yayımlanan altı dəqiqəlik audio-yazıda Rusiya prezidentinin işğal siyasətinin qatı tərəfdarı kimi təqdim olunan komandan “Zəiflər, qorxaqlar və satqınlar”,- deyə qışqıraraq, əsgərlərini bir ömür boyu utanc həyat yaşamaqla və məxfi xidmətlərin təqibləri ilə hədələyir.

Qəzəblənən komandan Sibirin Xakasiya bölgəsindən olan 11 elit əsgərin döyüşdən imtina etməsi ilə bağlı daha bir hadisədən danışaraq əsgərləri qorxudur.

Reyting.az xəbər verir ki, sözügedən səs yazısını Rusiya müxalifətinin həbsdəki nümayəndəsi Aleksey Navalnıya bağlı olan “Populyar Politika” kanalı yayıb. Səs yazısının ardınca rus əsgərlərinin onların əmrlərini sorğu-sual edən və Moskvanı müharibə ilə bağlı “nə etdiklərini bilmədiklərinə” görə qınayan sujet təqdim olunur.

Komandan döyüşdən qaçan 11 hərbçi barədə də təhdidlərini davam etdirir: “Artıq onlara dövlət qurumlarında iş yoxdur. Vətənlərini müdafiə etməli olduqları bir vaxtda qaçıblar. Peşəkar komanda döyüş meydanını niyə tərk etməlidir? Bundan sonra necə yaşamağı düşünürlər? İki-üç həftədən sonra bu cəfəngiyyat bitəcək. Bundan sonra həyatını necə davam etdirəcəksən? Zabitin döyüş meydanını tərk etməyə haqqı yoxdur. Siz cinayət törətməyi və xəyanət etməyi seçdiniz. Bundan daha pis nə ola bilər?”.

Tarixi qeyri-müəyyən olan səs yazısında komandan əsgərlərinə fikirlərini dəyişmək üçün üç gün vaxt verir.

Qəzəbli komandan çıxışına davam edir:

“Üç gündən sonra başqa bir görüşümüz olacaq və işdən çıxmaq üçün ərizə doldursanız, bu, son olacaq. Əsl problem mənə xəyanət etməkdir”.

Komandan daha sonra qeyd edib ki, 445 itkiləri var və bu, ən aşağı göstəricidir:

“Hava-desant qoşunlarında vəziyyət bundan qat-qat pisdir. Onlarda dəfələrlə çoxdur. İtkilər digər qoşunlar da var”.

Komandan daha sonra Rusiyada qadağan edilən “müharibə” ifadəsindən istifadə edərək bildirir ki, biz hazırda müharibədəyik: “Bəli, qaçsan sağ qalacaqsan, amma xidmətdən kənarlaşdırılacaqsan. Yenə əsas məsələ övladlarının sənin haqqında nə düşünəcəyidir. Bəli, indi onlar kiçikdir, amma böyüyəcəklər. Nə vaxtsa öyrənəcəklər ki, ataları qorxaq olub. Belə məlumatlar bütün təhsil müəssisələrinə veriləcək. Bu məlumatlar bütün səviyyələrdə, o cümlədən Federal Təhlükəsizlik Xidməti ilə paylaşılacaq”.

Komandan iddia edib ki, FTX əvvəlki fərarilər qrupunu “xüsusi nəzarətə götürüb” və bu şəxslər Ukrayna casusları kimi qələmə verilə bilər:

“Sizin tibb bacısı qədər cəsarətiniz yoxdur? Allah bilir, bəlkə də Ukrayna satqınlarıdır. Onlar döyüşür, biz və bütün dövlət vuruşur. Siz və sizin həmkarlarınız böyük səhv etdiniz. COVİD zamanı tibb bacıları niyə qaçmadılar? Orada da virusla müharibə gedir. Doğrudanmı siz o qızlardan zəifsiniz? Onlar da ölümlə üz-üzə qalıblar. Onlar da müharibə ilə üzləşib, amma çoxsaylı insanı xilas ediblər. Siz isə dözə bilmirsiniz, qorxaqlar, satqınlar...”.



Reyting.az





Bölməyə aid digər xəbərlər