12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Avropada böhran: problemdən çıxış üçün real alternativlər sırasında Azərbaycan da var
Tarix: 01-04-2022 14:45 | Bölmə: Slayd
Avropada böhran: problemdən çıxış üçün real alternativlər sırasında Azərbaycan da var

Rusiyanın Avropaya qazı rublla satmaq istəyi Avropa İttifaqını (Aİ) bu ölkədən alınan qazın kəsiləcəyi təhlükəsi ilə üzləşdirib.

Reyting.az
xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi Rusiya ilə Qərb və Avropa ölkələri arasında həm də enerji münaqişəsinə çevrilmək üzrədir. Aİ təbii qaza olan tələbatının üçdə birindən çoxunu Rusiya qazı ilə ödədiyi halda, Moskvanın “dost olmayan ölkələrə” qazı avro və ya dollar əvəzinə rublla satacağını bildirməsi növbəti böhran zəngini çalıb. Artıq Aİ ölkələri Rusiyadan təbii qaz nəqlinin dayanmaq təhlükəsi ilə üzləşdiyindən yeni alternativlər axtarışını sürətləndiriblər.

Aİ ölkələri Rusiyadan təbii qaz alışının rubla keçidini rəsmi Moskvanın “müqavilə pozuntusu” saysalar da, Almaniya kansleri Olaf Şolz və İtaliyanın Baş naziri Mario Draqinin Putinlə görüşündən sonra ödəniş üsulunun dəyişdirilmə tələbi yumşaldılıb. Kreml və Berlindən verilən açıqlamalarda ekspert qruplarının bu məsələni müzakirə edəcəyi bildirilib. Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, sözügedən qərar bir gecədə icra olunmayacaq. Çox güman ki, yaxın günlərdə yeni mexanizmlə bağlı danışıqlar davam etdiriləcək.

Digər tərəfdən, ekspertlər Avropa ilə Rusiya arasında enerji asılılığının qarşılıqlı olduğunu xatırladırladırlar. Onların sözlərinə görə, Avropa Rusiya qazından nə qədər asılıdırsa, Rusiya da təbii qaz gəlirlərindən - xüsusilə müharibə illərində ilişib qalan iqtisadiyyatı üçün - o qədər asılıdır. Bununla belə, Qərbin Rusiyaya gözlənildiyindən daha çox təsir edən sanksiyaları və Ukraynadakı hərbi çətinliklər Kremli Qərbə qarşı enerji məsələsindən silah kimi istifadəyə sövq edir.

Bütün bunlara baxmayaraq, Rusiya-Ukrayna müharibəsi Rusiya ilə Qərb və Avropa ölkələri arasında enerji münaqişəsinə çevrilmək üzrədir. Bu səbəbdən də alternativlərin axtarışı sürətlənir və bu, həm də qazın necə nəqli ilə bağlıdır. Artıq İsrail qazının Türkiyə üzərindən Avropaya göndərilməsi ilə bağlı Ankaranın təklif etdiyi variant müəyyən dairələrdə müzakirə edilib.

Məlumata görə, Aİ-nin Rusiya qazını əvəz edəcək resurslar axtarışı iki istiqamətdə sürətlənib: birincisi enerji mənbəyində, ikincisi mənbə ölkələrində.

1) Aİ bərpa olunan enerji mənbələrini gücləndirsə də, qısa və orta müddətdə külək və ya günəş kimi mənbələrin Rusiya qazını əvəzləyəcəyi ehtimalı azdır,

2) Aİ təmiz enerjiyə keçid üçün ortaya iddialı hədəflər qoysa da, Almaniyanın İqtisadiyyat naziri Robert Habekin “Qısamüddətli bir tədbir olaraq və ən pisə hazırlaşmaq üçün kömürə “yaşıl işıq” yandırıldı. Kömür stansiyaları dayanır və onların işləməsinə icazə verin”,- deyib.

3) Enerji mənbəyi və tranzit ölkə alternativlərində Azərbaycan, Qətər, ABŞ, Türkiyə, Misir və Skandinaviya ölkələri ön plana çıxarkən, qapısı döyüləcəklər sırasında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də var.

Aİ-nin diqqət mərkəzində olan LNG (mayeləşdirilmiş təbii qaz) hazırda dünya enerji bazarlarını yenidən formalaşdırır. Ötən həftə ABŞ və Aİ arasında imzalanan LNG müqaviləsinə əsasən, ABŞ bu il Aİ-yə 15 milyard kubmetr, yaxın illərdə isə 50 kubmetr LNG tədarük edəcək. Aİ-nin LNG ilə bağlı ümidlərindən biri Qətərədir. Almaniya, Fransa, Belçika və İtaliya da Qətərdən daha uzunmüddətli LNG tədarükü ilə bağlı danışıqları gücləndiriblər.

Lakin burada ən çıxılmaz vəziyyət Avropa ölkələrinə gəmilərlə daşınan maye qazı yenidən qazlaşdırmaq üçün kifayət qədər terminalın olmamasıdır. Əslində Almaniyada LNG terminalı yoxdur və ilk terminalın ən tez 2026-cı ildə tamamlanacağı bildirilir. Üstəlik, Aİ miqyasında LNG terminalları kifayət qədər idxal gücünə malik deyil.

Aİ-nin gündəmində olan digər LNG nəqli variantı üzən LNG Saxlama və Qazlaşdırma Bölməsidir (FSRU). Bununla belə, yeni FSRU limandakı terminalın tutumunun yalnız 60 faizini ödəyə bilər.

“Wood Mackenzie” qlobal tədqiqat firmasının vitse-prezidenti Ed Kruks Amerika LNG-nin Aİ-nin qaz ehtiyacları üçün kifayət etməyəcəyini deyib. “Birləşmiş Ştatların təklif etdiyi əlavə 50 milyard kubmetr Rusiyadan illik 155 milyard kubmetr idxalın yalnız üçdə birini əhatə edəcək”, - Kruks bildirib.

Lakin alternativ qaz tədarükü tapmaq və tələbi məhdudlaşdırmaq üçün daha geniş Avropa strategiyası kontekstində həm boru kəməri, həm də LNG ixracı yaranmış problemin həllinə əhəmiyyətli təsir göstərə bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər