12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kəşfiyyat Buçada qətliam törədən rus hərbçilərin siyahısını tutub - Lavrov isə "tamaşa qurulub" deyir
Tarix: 04-04-2022 15:00 | Bölmə: Slayd
Kəşfiyyat Buçada qətliam törədən rus hərbçilərin siyahısını tutub - Lavrov isə "tamaşa qurulub" deyir

“Bu günlərdə Rusiya hərbçiləri plana uyğun olaraq Buçadan çıxandan sonra orada növbəti feyk hücum hazırlanıb"

Reyting.az 
Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Ukraynanın Buça şəhərində mülki insanların dəhşətli qətllərinə münasibətdə deyib.

O bildirib ki, Buçada tamaşa hazırlanıb: "Bu qurama tamaşalar Ukrayna nümayəndələri və onların Qərb himayədarları tərəfindən bütün kanal və sosial şəbəkələrdə yayılır”.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi isə Buça şəhərində qətliam törətmiş 64-cü motoatıcı briqadanın rusiyalı hərbçilərinin siyahısı hazırlayıb.

Kəşfiyyat bəyan edib ki, həmin hərbçilər cinayətlərə görə cavab verəcək.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə zamanı Buça şəhərində mülki vətəndaşlara qarşı qətliam həyata keçirilib. Nəticədə yüzlərlə adam qətlə yetirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər