12:36 / 14-06-2025
Sabah yağış yağacaq
General-leytenant: “Türkiyə ilə danışıqlar aparmışıq, əsas məsələ Rusiyanın strateji hədəfləridir”
Tarix: 04-04-2022 18:36 | Bölmə: Slayd
General-leytenant: “Türkiyə ilə danışıqlar aparmışıq, əsas məsələ Rusiyanın strateji hədəfləridir”

Estoniya Müdafiə Qüvvələrinin komandanı Martin Herem Rusiyanın mümkün təcavüzünə qarşı Türkiyə ilə danışıqlar aparmaq üçün Ankaraya gəlib. Ankarada təhlükəsizlik məsələlərini müzakirə etdiklərini bildirən Herem deyib ki, Estoniyanın əsas diqqəti Rusiyaya yönəlib. O, həmçinin terrorun yaratdığı təhlükəni yaxından izlədiklərini və bu mövzuda tərəfdaşları ilə görüşdüklərini diqqətə çatdırıb.

Reyting.az
xəbər verir ki, general-leytenant Martin Herem ölkəsinin Türkiyənin müdafiə sənayesi ilə maraqlandığını ifadə edib və ehtiyac duya biləcəkləri hər cür texnika və silah istehsalında Türkiyənin çox güclü sənayesi olduğunu bildirib.

M. Herem Ankarada Türkiyə ilə Estoniya arasında müdafiə sahəsində əməkdaşlığı və Ukrayna-Rusiya müharibəsi ilə bağlı mövcud hadisələri də qiymətləndirib.



İki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa gəlincə, Herem deyib ki, Estoniya və Türkiyə NATO-nun Şərq sərhədindədir: “Biz Şimalda, Türkiyə isə Cənubdadır. Ona görə də məlumat paylaşmalıyıq”.

General qeyd edib ki, Türkiyənin bütün uzaq məsafəli və hava hücumundan müdafiə imkanları ilə maraqlanırlar. “Bununla belə, satınalma prosesi uzundur və konkret müqaviləmizin olub-olmayacağını söyləmək çətindir. Hərbi sahədəki ən böyük layihəmizin adı NATO-dur. Bizim çoxlu ortaq maraqlarımızın olduğu göz qabağındadır”,- M. Herem əlavə edib.

Ukrayna-Rusiya müharibəsinə də toxunan Herem bildirib ki, son 8 ildə şahidi olduğumuz Ukrayna ilə Rusiya arasında müharibə idi. O, əlavə edib ki, Baltikyanı və Qərb ölkələri Rusiya ilə hibrid müharibədədir.

Türkiyənin Ukrayna-Rusiya danışıqlarındakı roluna toxunan generalın sözlərinə görə, diplomat və ya siyasətçi olmasa da, başa düşür ki, danışıqlara kömək edəcək biri olmalıdır: “Danışıqlar həmişə bir növ sülh ümidi olub. Bu, çox vacibdir. Düşünürəm ki, Türkiyə bu prosesdə mühüm rol oynayır. Sülhün qiyməti əsas məsələdir. Bu, bizim üçün çox önəmlidir. Bu vəziyyətin siyasətçilərə və cəmiyyətlərə “Rusiya strateji hədəfi olan qeyri-sabitlik yarada bilər, itkilərə baxmayaraq, istədiyini edə bilər”, - mesajını verəcək. Düşünürəm ki, danışmaq və danışıqlar aparmaq lazımdır”.



General Ukraynadan sonra Rusiyanın Avropa İttifaqı ölkələrinə hücum edib-etməyəcəyi ilə belə bağlı deyib: “Bu, onların Ukraynadan sonra nə qədər həvəslənməsindən asılıdır. Bu, təkcə mənim ölkəmin və ya Baltikyanı dövlətlərin sərhədi deyil. Rusiyanın strateji hədəfləri daha genişdir. Rusiya heç bir məqsəd güdməyəndə də onun təsirini hiss edə bilərsiniz”.

Rusiyanın Ukraynaya təcavüzün məsuliyyətini üzərinə götürmək istəmədiyini deyən Herem xatırladıb ki, siyasət, diplomatiya və iqtisadiyyat bundan təsirlənir: “İstədikləri budur. Ukraynada da buna nail ola bilərlər. Çünki son 12-14 ildə Gürcüstanda, Moldovada, Qarabağda və başqa hadisələrdə bunun şahidi olduq. Rusiya qeyri-sabitlik yaratmaqdan zövq alır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər