12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putin Baltikyanı ölkələri və Şərqi Avropanı da işğal etmək istəyir - General
Tarix: 05-04-2022 10:48 | Bölmə: Slayd
Putin Baltikyanı ölkələri və Şərqi Avropanı da işğal etmək istəyir

“Putin Ukrayna ilə yanaşı Baltikyanı ölkələri və Şərqi Avropanı tam nəzarətə götürmək etmək istəyir. O, eyni zamanda NATO-nu məhv etməyə çalışır”.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə NATO-nun keçmiş komandanı, general Uesli Klark çıxış edib.

General deyib ki, Putinin əsl məqsədi Qərb hərbi ittifaqını məhv etmək üçün Şərqi Avropa üzərində tam nəzarəti bərqərar etməkdir.

U. Klarkın sözlərinə görə, indi Ukrayna Rusiya prezidentinə Qərbi “emosional və mənəvi cəhətdən tərksilah etmək” məcburiyyətində qoymaq üçün lazımdır.

General ABŞ və onun NATO müttəfiqlərini Ukraynaya hərbi yardımı artırmağa, o cümlədən döyüşçülərlə təmin etməyə çağırıb: “Ukrayna hazırkı döyüş meydanıdır. Ukraynalılar döyüş meydanında Rusiyanı məğlub etsələr, hər şey dəyişəcək. Ona görə də müdafiənin və ya NATO beynəlxalq sistemini qorumağın ən yaxşı yolu Ukraynaya ehtiyacı olan yardımı göstərməkdir. Bu, Ukraynaya döyüş meydanında Rusiyanın öhdəsindən gəlməyə imkan verəcək”.


U. Klark

ABŞ-ın “döyüşməyə hazır olmayan ölkələrə” daim kömək etdiyini deyən Klarkın sözlərinə görə, ukraynalı müdafiəçilərin bacarığı və təhsili Amerika ordusundan geri qalmır: “Onlar bizim qədər texniki cəhətdən yaxşıdırlar. Biz onlara müasir silahlarımızı veririk. Onlar 24 saat ərzində bu silahlardan istifadə edə bilərlər”.

Klarkın iddiasına görə, rus qoşunları Dnepr çayını növbəti dəfə ələ keçirməyə çalışacaq. O, ehtimal edir ki, Putinin qoşunları Donbassda Ukrayna ordusu ilə yenidən qarşı-qarşıya gələcək: “Belə bir hücumu dəf etmək üçün ağır döyüş texnikası lazımdır - ABŞ-ın təmin etdiyindən qat-qat artıq. “Stinger”lər və digərləri şəhərləri qorumaq üçün yaxşıdır. Amma onlara tanklar, mobil artilleriyalar, çoxlu döyüş sursatı, yanacaq lazımdır. Üstəlik, texnikaların təmirə ehtiyacı olur”.

General əlavə edib ki, bütün bunları Şərqi Avropadakı NATO müttəfiqləri təmin edə bilərlər.

Onu da qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün elan edib ki, ruslar bütün bölgəni ələ keçirmək və Donbassda gələcək döyüşlər üçün qoşun və texnikanı yenidən toplamaqda davam edir. Ağ Evin proqnozuna görə, Putin bununla Kiyevə hücumun uğursuzluğu fonunda ən azı müəyyən qədər qələbə qazanmağa çalışacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər