12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Öldürülən generallar - Rusiya Ukraynada niyə 6 generalını itirib?
Tarix: 05-04-2022 12:39 | Bölmə: Slayd
Öldürülən generallar - Rusiya Ukraynada niyə 6 generalını itirib?

General Andrey Mordoviç hələ döyüşlər bir aydan az davam etdiyi vaxtda Ukrayna qüvvələri tərəfindən öldürülən rus generalıdır. Mordoviçin ölüm xəbəri martın 20-də sosial mediada yayılsa da, hələ Kreml tərəfindən təsdiqlənməyib. Onun ölümü təsdiqlənərsə, müharibə başlayandan bəri Ukrayna silahlı qüvvələri tərəfindən öldürülən rus generallarının sayı 6-ya çatacaq.

Reyting.az
xəbər verir ki, bu barədə “International Pulse Digest” yazıb.

Saytın təhlilində qeyd olunur:

Ordu generalının rolu sahədəki taktiki hərəkətlərdən daha çox strategiyaya əmr vermək və nəzarət etməkdir. Nəticədə, bu hərbi kateqoriyada itkilər çox vaxt az olur.



Bir aydan az müddətdə öldürülən 6 rus generalının sayını 1965-1975-ci illər arasında Vyetnamda öldürülən cəmi 12 amerikalı general ilə müqayisə etdikdə, Ukrayna müharibəsində niyə bu qədər rus generalının öldürüldüyü sual doğurur.

Çox güman ki, Rusiyanın yüksək mənsəbli piyada qoşun komandirlərini hədəfə almaq Ukraynanın düşmənin komanda və nəzarət şəbəkəsini pozmaq üçün daha geniş strategiyasının bir hissəsidir.

Ukrayna qüvvələri Rusiya silahlı qüvvələrinin 2001-ci ildən bəri qəbul etdiyi liderlik yanaşmasından xəbərdardır və bu biliklərin çoxu ABŞ və NATO-nun beynəlxalq təhlilinə əsaslanır.

Rusiyanın diktator lideri Vladimir Putin tərəfindən idarə olunan sərt iyerarxik hərbi sistemi aşağı rütbələri əbədi qorxu zəncirinə məhkum edir və müstəqil düşünmək və ya qərar qəbul etmək üçün yer saxlamır.

Putin orduya Rusiyanın ümumi administrasiyasına bənzər şəkildə rəhbərlik edib, silahlı qüvvələrin üzvlərini seçməkdə peşəkar səriştədən daha çox sədaqətə üstünlük verib. Bu, 2012-ci ildə Sergey Şoyqunun Rusiyanın müdafiə naziri təyin edilməsində də aydın görünürdü.

Şoyqu müdafiə naziri təyin edilib, amma niyə? Onun hər hansı hərbi təcrübəsi və anlayışı yoxdur, sadəcə, Putin üçün kiçik siyasi təhlükə hesab edildiyinə və ya hərbi ənənə yaratmaq qabiliyyətinə malik olmadığına görə.

O, bir çoxları tərəfindən Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı hərbi kampaniyasından sonra böyük hərbi islahatlar aparmadığına görə tənqid edilib.

Korrupsiya Rusiya həyatının bütün sahələrində, o cümlədən hərbi sahədə mövcuddur. “Transparency” İndeksinin bir hissəsi kimi açıqlanan yeni hesabat müdafiə büdcələrinə və müdafiə institutlarının mülkiyyətinə çox məhdud ictimai nəzarət ucbatından Rusiya ordusunun yüksək korrupsiya riski altında olduğunu göstərir.

Hesabatda 100 baldan cəmi 36 bal toplayan Rusiyada satınalma və müdafiə müqavilələrinin bağlanmasında şəffaflığın yoxluğu da vurğulanır.

Putinə sədaqət yüksək rütbəli liderlərə yaxın çevrədə möhkəm yer vermiş ola bilərdi, lakin onlara xidmət edən kadrların hesabına.

Dövlət satınalmaları sektorunda tez-tez korrupsiya imkanları olur. 2021-ci ildə dərc edilən hesabatda göstərilirdi ki, Rusiyada dövlət müqavilələri əldə etmək üçün çox vaxt rüşvət və digər qeyri-qanuni ödənişlər mövcuddur, şirkətlər hökumət rəsmilərinin qərarlarını icra edir və dövlət büdcələri korrupsiyaya görə tez-tez korlanır. Beləliklə, qarşıya qoyulmuş məqsəddən kənara çıxılır.

Hesabatda qeyd olunur ki, hərbi müqavilələr keyfiyyət və ya standart əsasında deyil, daha çox şirkətin dövlət məmurları ilə şəxsi münasibətləri və Kremlə loyallığı əsasında bağlanır və təsdiqlənir.

Son onillikdə aparılan hərbi islahat aydın inkişaf gündəmini həyata keçirə bilməyib və bunun əvəzinə bir çox hərbi hissələrə keyfiyyətsiz və zəif təlim keçirməyə imkan verib.



ABŞ hərbi kəşfiyyatının son qiymətləndirməsi göstərir ki, Rusiya qüvvələri aşağı maaşlar və pis iş şəraitinə görə 2021-ci ildə Ukrayna sərhəddində yerləşdirmələrinin ilk aylarında ən yaxşı avadanlıqlarının əksəriyyətini satıblar.

Aşağı rütbələrdə olan rus peşəkar hərbçiləri orta hesabla ayda 480 dollar qazanırlar. Aşağı maaşlar, ağır iş şəraiti və aşağı əhval-ruhiyyə Ukrayna müharibəsinin nəticəsini müəyyən etməkdə böyük rol oynaya bilər.

Yüksək rütbəli komandirlər həmişə döyüş meydanında hədəf olub. Qırmızı Ordu 1942-ci ildə Stalinqrad döyüşündə düşmənin həm aşağı, həm də yüksək rütbələrindən olan zabitlərinə snayper gülləsi “hədiyyə edib”.

Bu dəfə yerlər dəyişib. Rusların rabitə xətlərinə və səhra standartlarına inamsızlığı, xroniki korrupsiya Ukrayna hərbçilərinə Rusiya hərbi rəhbərlərinə hücum etmək üçün yaxşı fürsət yaradır.

Ukraynanın xüsusi tapşırıqları yerinə yetirmək iqtidarında olan bir neçə yaxşı təchiz edilmiş döyüş bölməsi var. Onlar bütün imkanlardan istifadə edərək, rabitəni pozmaq, çaşdırmaq və rus qoşunlarının irəliləyişini ləngitmək üçün ilk növbədə hərbi rəhbərləri hədəfə alır.

Həmçinin, bu, Rusiya hərbi sisteminin yüksək rütbəli şəxsi heyətini qoruya bilmədiyini göstərir.

Generalları strateji qərarların qəbulundan taktiki qərarların qəbuluna keçməyə məcbur edən zəif və səmərəsiz rabitə sisteminin əlamətidir. Bu, komandanlıq zəncirinin effektivliyinə inamsızlığa və bütün Rusiya hərbi rütbələrində bədbinliyin sürətlə yayılmasına gətirib çıxaracaq.




Bölməyə aid digər xəbərlər