12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Çindən Rusiyaya dəstək artır
Tarix: 05-04-2022 18:58 | Bölmə: Slayd
Çindən Rusiyaya dəstək artır

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Çində Rusiya ilə bağlı təbliğata start verilib.

Reyting.az
-ın məlumatına görə, ABŞ-ın “The New York Times” qəzeti yazır ki, Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda Çin administarsiyası ölkədə Rusiyaya rəğbət aşılamağa çalışır.

Məlumata görə, Çin Kommunist Partiyasının məmurlara və tələbələrə yönəlmiş ideoloji proqramının mesajı çox sadədir: Çin Rusiyadan üz döndərməyəcək!

Qəzet yazır ki, Çin hakimiyyəti bağlı qapılar arxasında Kommunist Partiyasının hazırladığı və Rusiya prezidenti Putini müharibə qəhrəmanı kimi göstərən sənədli filmə baxıb. Sənədli filmdə Putinin keçmiş SSRİ rəhbəri Stalinin mövqeyini bərpa etməsi, eyni zamanda Rusiyanın millətçi qürurunu canlandırması təriflənib.

Çin müharibə başlayandan bəri neytral mövqedə möhkəmlənməyə çalışsa da, ölkə daxilində Rusiyaya dəstək kampaniyalarının aparıldığı vurğulanır. Həmçinin Çində universitetlərdə “müharibəni düzgün başa düşmək” üçün təlimlər keçirilir və Çin Kommunist Partiyasının da ölkə daxilində hakimiyyət orqanları üçün tarixi sənədli filmlərin izlənilməsinin məcburi olduğu qeyd edilir.

Ötən il tamamlanan 101 dəqiqəlik sənədli filmdə Ukrayna müharibəsi yer almasa da, Sovet İttifaqının dağılmasından sonra Rusiyanın “haqlı səbəbləri” üzərində dayanılır. Sənədli filmdə Putinin Sovet İttifaqını məhv edən “siyasi zəhəri” təmizlədiyi bildirilir, səsli şərhdə isə “Qərbin nüvə silahından başqa ən güclü silahı siyasi qarışıqlıq yaratmaq üçün istifadə olunan üsullardır”,- şərhi verilir.

Səlahiyyətlilər üçün hazırlanan sənədli filmin ictimailəşdirildiyini qeyd edən “New York Times” yazır ki, Çin illərdir Sovet İttifaqının parçalanması araşdırır, Çin lideri Si Cinpin isə bu yanaşmasını dəyişərək Putini qucaqlayır. Bildirilir ki, S. Cinpin V. Putini Qərbin təsirinə qarşı müttəfiq kimi qələmə verir. Həqiqətən də, müharibə başlayandan bəri Çin Putini qınamaqdan imtina edir. Bütün dünya ölkələri vasitəçilik üçün müdaxilə etmək istəyərkən, Pekin administrasiyasının yalnız sülh çağırışı etməklə kifayətləndiyi və ötən həftə Çinin xarici işlər naziri Vanq Yi Çinin Rusiya ilə yaxşı münasibətdə olduğunu vurğulayıb.

Qeyd olunur ki, “Tarixi nihilizm və Sovet İttifaqının dağılması” sənədli filminin nümayişi davam edir. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Çinin bu mövzuda bir çox tezislər irəli sürdüyü qeyd edilərkən, S. Cinpin Sovet İttifaqının dağılmasının arxasında Qərbin ideoloji onurğasızlığının və siyasi təsirinin durduğunu bildirir.

“The New York Times” yazır ki, S. Cinpin bu ilin sonunda keçiriləcək seçkilərdə üçüncü qələbəsini əldə etməyi və səlahiyyət müddətini uzatmağı hədəfləyir.

Qəzet həmçinin bildirib ki, COVİD-19 problemi və iqtisadi tənəzzülə mübarizə aparan Cinpin Rusiyanı xarici siyasətdə müttəfiq kimi görür və bu istiqamətdə təbliğatını davam etdirir.




Bölməyə aid digər xəbərlər