12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Musabəyov: “Paşinyan iki məqamı qəbul etsə...”
Tarix: 06-04-2022 13:46 | Bölmə: Slayd
Musabəyov: “Paşinyan iki məqamı qəbul etsə...”

“Brüsseldə keçirilən görüşün nəticəsi tərəflərin açıqlaması zamanı məlum olacaq. Ancaq aydındır ki, nəticə deyəndə, baxır siz hansı məsələləri nəzərdə tutursunuz. Əgər nəticə kimi Brüsseldə iki ölkə arasında sülh sazişinin imzalanması nəzərdə tutulursa, məncə, bu baş verməyəcək”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın bu günə planlaşdırılan görüşünü şərh edərkən deyib.

R. Musabəyovun fikrincə, Brüsseldə başqa maraqlı vəziyyətin yaranması da mümkündür: “Bu, Brüsseldə prezident İlham Əliyevlə Nikol Paşinyan arasında ikinci görüşdür. Mümkündür ki, Avropa İttifaqı, konkret olaraq onun prezidenti Şarl Mişel danışıqlarda xüsusi fəallıq nümayiş etdirsin. Məsələn, ATƏT-in Minsk qrupunu faktiki olaraq o əvəz etsin və beləcə, Minsk qrupunun “fatihəsi” oxunsun. Məncə, bunu da nəticə saymaq olar”.

R. Musabəyov əlavə edib ki, Avropanın bu cür münaqişələrə yanaşması əslində qəbulediləndir. Onun sözlərinə görə, Avropada da belə münaqişələr olub. O, nümunə kimi İrlandiya və Kataloniyanı göstərib: “Kataloniyada qanunsuz referendum keçirildi, hansısa müstəqillik elan olundu. Amma bu, baş tutmadı, dərhal tədbirlər görüldü. Həmçinin İrandiya məsələsi. Avropa belə məsələlərə xüsusi həssaslıqla yanaşır, ələlxüsus da ərazi bütövlüyü məsələsinə. Avropada belə münaqişələr zamanı iki xətt özünü nümayiş etdirir. Birincisi, belə münaqişələr zamanı dövlətlərin ərazi bütövlüyü əsas kimi götürülür, ikincisi, hər hansı bir silahlı mübarizədən söhbət gedə bilməz. Separatçılar məcbur edilir ki, dərhal silahı yerə qoysunlar. Bu baxımdan Nikol Paşinyan belə yanaşmaları qəbul edərsə, yəni Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa və Qarabağ məsələsinin Azərbaycanın daxili işimiz olduğunu anlayarsa, bu halda danışıqlarda irəliləyiş əldə edilə bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər