12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putin Ukraynada hərbi əməliyyatları dayandırmaq istəyir
Tarix: 06-04-2022 14:53 | Bölmə: Slayd
Putin Ukraynada hərbi əməliyyatları dayandırmaq istəyir

“Rusiya Ukrayna ilə danışıqlara əlverişli şərait yaratmaq üçün xoşməramlı addım atıb".

Reyting.az
Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya hərbçilərinin Ukraynanın bəzi ərazilərindən geri çəkilməsi böyük jestdir: “Hesab edirik ki, Ukrayna ilə danışıqlarda əlverişli qərarlar qəbul edilə bilər. Ona görə də prezident Vladimir Putin Ukraynanın şimalından hərbçilərin çıxarılmasına əmr verdi. Əslində Rusiyanın məqsədi Ukraynanı işğal etmək deyil. Rusiya Ukrayna prezidenti Volodimir Zelenskinin danışıqlarda irəli sürülən şərtlərlə razılaşmasında maraqlıdır. Moskva danışıqlar yolu ilə hərbi əməliyyatı dayandırmaq istəyir. Biz Zelenskinin Rusiya nümayəndə heyətinin ona dəqiq şəkildə məlumat verdiyi şərtlərimizlə razılaşmasında maraqlıyıq. Danışıqlar yolu ilə biz hərbi əməliyyatı dayandırmaq istəyirik”.




Bölməyə aid digər xəbərlər