12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukraynanın daha daha bir vilayəti işğaldan azad edilib
Tarix: 08-04-2022 08:20 | Bölmə: Slayd
Ukraynanın daha daha bir vilayəti işğaldan azad edilib

Ukraynanın Sumı vilayəti rus işğalçılarından tamamilə azad edilib. Reyting.az-ın xəbərinə görə, bunu Sumı Vilayət Dövlət Administrasiyasının rəhbəri Dmitri Jiviski bildirib.

D. Jiviski deyib ki, bölgə rus işğalçılarından tamamilə azad edilsə də, minalardan təmizlənməyə ehtiyac var.

Jivitski ukraynalılara xəbərdarlıq edib ki, ərazi hələ də təhlükəlidir. Rusiya hərbçiləri hələ yoxlanılmamış çoxlu minalanmış əraziləri qoyub gediblər.

O, meşə yollarından istifadə etməməyi məsləhət görüb:

“Dağıdılmış texnikaya və ya işğalçıların dayanacaq kimi istifadə etdiyi yerlərə yaxınlaşmayın! Mən bilirəm ki, orada hər şey dəhşətlidir, amma hələ təmizləmə vaxtı deyil. Əvvəlcə minalardan təmizlənilmə işləri aparılmalıdır”.




Bölməyə aid digər xəbərlər