12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Zelenskinin gizli sığınacağı: ora kimlər daxil ola bilir? - Fotolar
Tarix: 08-04-2022 12:35 | Bölmə: Slayd
Zelenskinin gizli sığınacağı: ora kimlər daxil ola bilir?

“Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayanda prezident Volodimir Zelenski xaricə sığınmaqdan imtina edib və Kiyevdə fəaliyyətini davam etdirir. Onun ən yaxın komandasına diplomatlar, hərbçilər və iqtisadçılar daxildir. Qısası, Zelenski ilə üç qrup məmur daim işləyir”.

Reyting.az
xəbər verir ki, bunu “Ukrayna Pravda” yazıb.

Nəşr prezidentin ətrafındakılara istinadla qeyd edir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Zelenski və komandası diplomatik, müdafiə və iqtisadi sahələrə diqqət yetirib.

Zelenskinin komandasında xarici siyasət fəaliyyətlərinə cavabdeh şəxslər bunlardır:



Prezident Aparatının rəhbəri Andrey Ermak - birbaşa Ağ Evlə işləyir;

Xarici işlər naziri Dmitri Kuleba - hökumətlərlə danışıqlar aparır;

Prezident Aparatı rəhbərinin müavini Andrey Sibiqa - Mühüm danışıqlardan əvvəl prezidentin çıxışları üçün “diplomatik çərçivə” hazırlayır.

Zelenski əsasən beynəlxalq liderlərlə danışıqlar aparır, Kiyevdə Ukraynanın tərəfdaşları ilə görüşür, jurnalistlərlə əlaqə saxlayır və Rusiya mətbuatı da daxil olmaqla müsahibələr verir.

Ukrayna müdafiə sisteminə və müharibəyə bu şəxslər cavabdehdir:

Müdafiə naziri Aleksey Reznikov;

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov;

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı.

Həmçinin bir sıra hərbi komandirlər müdafiə sahəsinə cavabdehdirlər.

Eyni zamanda, iqtisadiyyatın koordinasiyası və sabitləşdirilməsinə cavabdeh olan Baş nazir Denis Şmıqal Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi kontekstində də iqtisadiyyata cavabdehdir.

Öz növbəsində iqtisadiyyat naziri Yuliya Sviridenko və Prezident Aparatı rəhbərinin müavini Rostislav Şurma maliyyə əldə etmək üçün mənbələr və imkanlar axtarırlar.

Bundan əlavə, Prezident Aparatı rəhbərinin müavini Kirill Timoşenko regionlarla işləyir. Timoşenko region rəhbərlərini, icmaları nəzarətdə saxlayır.

İnfrastruktur naziri Aleksandr Kubrakov yardımın çatdırılması və infrastrukturun sürətlə bərpası kimi profilli məsələləri öz üzərinə götürüb.

Ali Radanın spikeri Ruslan Stefançuk mətbuatda nadir hallarda görünür, lakin o da fəaliyyətini davam etdirir. Hələlik o, parlamentlə Prezident Aparatının işini əlaqələndirir.

Baş nazir Denis Şmıqal bəyan edib ki, Rusiya ilə müharibə nəticəsində Ukraynanın dövlət büdcəsinin itkiləri gündə təxminən 2 milyard qriven təşkil edir.

Son 43 günlük müharibə zamanı yalnız CNN telekanalının jurnalist qrupu V. Zelenskinin olduğu bunkerə buraxılıb. Sığınacağın Kiyevin mərkəzində olduğu iddia edilir.



CNN-nin jurnalisti Metyu Şans Ukrayna prezidentinin bunkerini belə təsvir edir: “Bu, onun istifadə etdiyi sığınacaqlardan biridir. Kiyevin mərkəzində gizli yerdədir".

Şans deyib ki, onları Kiyevin mərkəzində qarşılayıblar, naməlum yerə aparıblar, başqa maşına miniblər, həddindən artıq qaranlıq olan binanın altındakı bunkerə eniblər. Hər yerdə qum torbaları, silahlı təhlükəsizlik qüvvələri olub. Zelenski jurnalistləri bu nəhəng binada gözləyib.

Rus politoloq Mixail Spir isə ehtimalı edir ki, sözügedən bunker Kiyevin ən dərin metrostansiyası olan “Arsenal”dır. Bura daxil olmaq üçün ən azı 105 metr aşağı enməlisən.

Reyting.az




Bölməyə aid digər xəbərlər