12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qapalı məkanlara maskasız daxil olmaq qadağası ləğv edilə bilər - Nazir
Tarix: 09-04-2022 10:22 | Bölmə: Slayd
Qapalı məkanlara maskasız daxil olmaq qadağası ləğv edilə bilər

Qapalı məkanlara maskasız daxil olmaq qadağasının götürülməsi ilə bağlı məsələyə baxılır.

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

T. Musayev vətəndaşları səbrli olmağa çağırıb.

Səhiyyə naziri bildirib ki, ölkəmizdə yoluxma sayları kəskin azalmaqdadır: “Gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur. Bütün bunları nəzərə alaraq məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Vətəndaşlarımızı səbrli olmağa çağırıram. 2 ildən ardıqdır davam edən pandemik marafon insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Vətəndaşlarımızı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləməyə çağırıram".


T. Musayev

T. Musayev Azərbaycanda yerli vaksinin hazırlanması məsələsinə də toxunub: “Bu istiqamətdə işlər görülür. Tam detallı məlumat verə bilməsəm də, söhbət sırf "Sars-Cov2" əleyhinə vaksindən getmir”.

Nazir əlavə edib ki, vaksin istehsalı strateji məsələdir: “Yəqin ki, bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycanda istənilən halda mümkün olan pandemik çağırışlara çox çevik və effektiv cavab olaraq vaksin istehsalı təmin edilə bilər”.




Bölməyə aid digər xəbərlər