12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Zəngin ruslar Türkiyəyə sığınır
Tarix: 09-04-2022 15:19 | Bölmə: Slayd
Zəngin ruslar Türkiyəyə sığınır

Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərbin və Avropa ölkələrinin sanksiya tətbiq etdiyi rus oliqarxları və Rusiyadan qaçan digər imkanlı şəxslər üçün Türkiyə təhlükəsiz sığınacağa çevrilib.

Reyting.az
xəbər verir ki, ABŞ-da nəşr olunan populyar “Wall Street Journal” Rusiyadan qaçan varlıların pul dolu çantalarla Türkiyəyə gəldiyini və eyni vaxtda buradan 4 mənzil aldığını yazıb.

Nəşr qeyd edir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən çətin vəziyyətdə qalan rus zənginləri Türkiyəyə gəlməkdə davam edirlər.

Məqalədə qeyd olunur ki, Türkiyə superyaxtalarını ölkə sahillərində saxlayan oliqarxlardan tutmuş, çamadanlarında nağd pulla Moskvadan qaçan dissidentlərə və yüksək vəzifəli şəxslərə qədər çoxsaylı rus üçün cənnətə çevrilir.

Rusiyanın Ukraynaya təcavüzünün başladığı fevral ayından bu yana minlərlə rusun Türkiyəyə köçdüyü bildirilir. Qeyd olunur ki, ölkələrindən qaçan rusların böyük əksəriyyəti İstanbul və ya Antalyaya üstünlük verirlər.

Nəşrə danışan ruslar deyiblər ki, Türkiyədə fəaliyyət göstərən Rusiya pulköçürmə şirkətlərindən və kriptovalyutalardan istifadə etməklə SWIFT ödəniş sistemindən və Rusiyanın kapitala nəzarət qaydalarından kənarlaşdıran Qərb sanksiyalarından yan keçə bilirlər. Bəzi rus zənginlərin isə çanta dolu dollarla Türkiyəyə daxil olduğu qeyd edilir.

Diqqətə çatdıraq ki, Türkiyə hökuməti oliqarxların pulu qanuni olduğu müddətcə Türkiyədə bizneslərini davam etdirə biləcəklərini açıqlamışdı. Nəşr yada salır ki, dollar qarşısında 45 faiz dəyər itirən Türkiyənin iqtisadi böhranla mübarizə apardığını və xarici valyutaya böyük ehtiyacı olduğunu bildirərkən, Qərbin rus oliqarxlarına qarşı tətbiq etdiyi sanksiyaların Türkiyə tərəfindən həyata keçirilmədiyinə diqqət çəkib. O, ABŞ-ın hələ də bu vəziyyətə reaksiya vermədiyini bildirib.

İstanbulda yerləşən “Golden Sign” daşınmaz əmlak şirkətinin baş direktoru G. Gül “The Wall Street Journal”a deyib ki, zəngin ruslar Türkiyə vətəndaşı olmaq üçün eyni vaxtda 4 mənzil alıblar.

“Hazırda biz 10 mənzil satırıqsa, bunun 6-7-sini ruslar alır”,- deyən Gül əlavə edib ki, ödəniş adətən nağd pul və ya qızılla olur.

Rəsmi məlumatlara görə, martın ortalarında cəmi 2 gündə yerli türk bankları svop əməliyyatlarından 3 milyard dollar qazanıb. İqtisadçı Ömər Gəncal bu pulun ruslardan gəldiyini deyib: “Ruslar Türkiyəni etibarlı bir sığınacaq olaraq görür”.

Bir çox ölkələr kimi Türkiyənin də vətəndaşlıq üçün “qızıl pasport” və ya “qızıl viza” adlı investisiya proqramı var. Proqrama əsasən, ən azı 250 min dollar dəyərində daşınmaz əmlak alan və onu ən azı üç il saxlamağı öhdəsinə götürən xarici investorlara vətəndaşlıq verilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər