12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukraynadakı müharibə Almaniyada ərzaq qıtlığına səbəb olub
Tarix: 09-04-2022 17:21 | Bölmə: Slayd
Ukraynadakı müharibə Almaniyada ərzaq qıtlığına səbəb olub

Rusiya-Ukrayna müharibəsi Almaniyada maye yağdan sonra un qıtlığı ilə nəticələnib. Almaniyada fəaliyyət göstərən türk çörək zavodu Ramazan günü un tapa bilmədiyi üçün istehsalın yarısını dayandırıb və pide istehsal edə bilməyib.

Reyting.az
xəbər verir ki, müharibənin yaratdığı problemlər səbəbindən Almaniyada yağ, un, düyü, bulqur, makaron və tualet kağızına hücumlar davam edir. Hazırda Almaniyadakı bəzi bazarlarda maye yağın litri 4,99 avroya yüksəlib.

Rusiyanın Ukraynaya hücumundan sonra Avropada istehlak çılğınlığı davam edərkən, un qıtlığı da başlayıb. Almaniyanın bəzi türk bazarlarında günəbaxan və yonca yağının litri 4,99 avroya, qarğıdalı yağının litri isə 6,99 avroya yüksəlib.

Bazarda çalışanlardan biri Türkiyə mətbuatına deyib ki, qiymətlər ucuz olarkən 20 qutu yağ alıb. Hətta 65-ni alıb saxlayanlar da var. Həmçinin Ştutqart yaxınlığında 60 litr yağ almaq istəyən bir qrup market əməkdaşlarına hücum edib və bu, polisin müdaxiləsi ilə nəticələnib.

Məlumata görə, Almaniyanın nəhəng marketlərində qiymətlər iki dəfə artıb. Almanlar neftlə yanaşı, un, düyü, bulqur, makaron və tualet kağızını daha çox almaq istəsələr də, marketlər həmin məhsulların alışına müəyyənləşdirdiyi normadan artıq imkan vermir.

Münhen yaxınlığındakı Haydhauzen qəsəbəsində çörək sexi işlədən Hülya Yavuzun artıq un tapa bilmədiyi üçün pide və ya digər məhsullar istehsal edə bilməməsi xəbəri Almaniya mətbuatında geniş yer alıb. Almanların çox sevdiyi Brötcen (kiçik çörək) ya tapılmır, ya da çox bahadır.

“Bild” qəzeti “Unu bitən ilk çörək, Hülya artıq çörək bişirə bilmir”,- başlıqlı məqaləsində 46 yaşlı çörəkçinin bir həftədən artıqdır ki, un və yağ tapa bilmədiyi üçün istehsal problemi ilə üzləşdiyini yazıb.

Hülya Yavuz bəzi məhsulları hazır almaqla bu qıtlıq və baha qiymət problemini aradan qaldırmağa çalışdığını deyib.

Qeyd edək ki, Almaniyada 500-ə yaxın məhsul üzərində qiymət artımı olub. Ət məhsullarının qiyməti artdıqca kababxanalar, dönərxanalar da qiymətləri artırmaq məcburiyyətində qalıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər