12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ Azərbaycan və Ermənistana çağırış edib
Tarix: 10-04-2022 09:52 | Bölmə: Slayd
ABŞ Azərbaycan və Ermənistana çağırış edib

ABŞ Cənubi Qafqazda dinc, demokratik və firavan gələcək qurmaqda sadiqdir.

Reyting.az
xəbər verir ki, bu sözlər ABŞ Dövlət Departamentinin Azərbaycan və Ermənistana sülh çağırışında yer alıb.

Dövlət Departamenti Ermənistan və Azərbaycanı diplomatik təmaslarını fəallaşdırmağa, münaqişənin və ya onun nəticələrinin hərtərəfli həlli yollarını tapmaq üçün mövcud birbaşa əlaqə mexanizmlərindən istifadə etməyə və hərtərəfli sülh sazişi əldə etməklə münasibətləri normallaşdırmağa çağırıb.

Dövlət Departamentinin çağırışında bildirilir ki, Birləşmiş Ştatlar sülh təşəbbüslərində Azərbaycan və Ermənistan kömək etməyə hazırdır.




Bölməyə aid digər xəbərlər