12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Pakistanda siyasi böhran dərinləşir: Xanın minlərlə tərəfdarı aksiya keçirir - Video
Tarix: 11-04-2022 07:56 | Bölmə: Slayd
Pakistanda siyasi böhran dərinləşir: Xanın minlərlə tərəfdarı aksiya keçirir

Parlamentdə etimadsızlıq göstərilmiş Pakistanın Baş naziri İmran Xanın tərəfdarları aksiyalara başlayıb.

Reyting.az
xəbər verir ki, paytaxt İslamabad da daxil olmaqla, bir neçə şəhərdə on minlərlə insan kütləvi aksiyalarla sabiq Baş nazir İmran Xana dəstək nümayiş etdirir.

İmran Xan isə “Tvitter”də xalqın dəstəyini nümayiş etdirən video paylaşaraq, tərəfdarlarına minnətdarlıq edib.

Qeyd edək ki, ötən gün Pakistan parlamentində İmran Xana etimadsızlıq səsverməsindən sonra yeni Baş nazirin kim olacağı barədə aktiv müzakirələr aparılır. Bundan əlavə, artıq devrilən hökumətdə kütləvi həbslərin olacağı da ehtimal edilir.






Bölməyə aid digər xəbərlər