12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Sərdar Cəlaloğlu: “Ərdoğan Türkiyənin II Dünya Müharibəsindəki siyasətini davam etdirir”
Tarix: 11-04-2022 08:27 | Bölmə: Slayd
Sərdar Cəlaloğlu: “Ərdoğan Türkiyənin II Dünya Müharibəsindəki siyasətini davam etdirir”

“Ukrayna-Rusiya müharibəsində, bu geopolitik oyunda Türkiyənin öz yeri var. İlk baxışdan belə mənzərə yaranıb ki, dünya Rusiya ilə savaşsa da, Ankara Moskva ilə yaxındır. Amma bu, görüntüdür. Sonuncu dəfə BMT-də Rusiyanın İnsan haqları komitəsindən çıxarılmasını Türkiyə də dəstəkləyib. Yeri gələndə Türkiyə ortaya çox ciddi mövqe qoyur”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu əlavə edib ki, Ukrayna-Rusiya müharibəsini dayandırmaq, onları haradasa bir masaya gətirmək Türkiyənin maraqlarına uyğundur. Digər tərəfdən, nəzərə alınmalıdır ki, müharibə Türkiyənin təsir dairəsində olan ərazilərdə, yəni Qara dəniz hövzəsində gedir: “Bu baxımdan Türkiyə elə mövqe tuta bilməz ki, maraqlarını təhlükə altında qoysun. Odur ki, Türkiyə Ukrayna və Rusiya ilə bərabər əsasda əlaqə yaratmaqla Qara dənizdə özünün strateji maraqlarını qoruya bilir və qoruyacaq da”.

ADP sədri bildirib ki, dünyanın hər yerindən Rusiyanı sıxışdırırlar: “Xüsusilə, iqtisadiyyat, ticarət və bank sahəsində.Türkiyə isə sanksiyalara qoşulmur. Deməli, ruslar üçün Türkiyə cəlbedici olacaq. Amma bu, türk tarixində ilk deyil. Diqqət etsək görərik ki, II Dünya Müharibəsində Türkiyə əvvəlcə Hitlerlə müttəfiqlik etdi, daha sonra bu tərəfə keçərək Almaniyaya qarşı guya müharibəyə başladı, amma müharibəyə girmədi. Nəticədə 5 il ərzində Türkiyədə nə bir güllə atıldı, nə də müharibə oldu. Halbuki o zaman dünya dağılırdı. Odur ki, Türkiyənin özünün dövlətçilik ənənəsi və siyasəti var. Bu gün də prezident Ərdoğan Türkiyənin II Dünya Müharibəsi dövründəki siyasətini davam etdirir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər