18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
17:22 / 13-06-2025
Tramp: İrana 60 gün vaxt vermişdim, bu gün 61-ci gündür
17:06 / 13-06-2025
Laçın şəhərinin Baş planı təsdiqlənib
17:03 / 13-06-2025
Qriqoryan: Paşinyan-Ərdoğan görüşünü inkar etmirəm
16:54 / 13-06-2025
Son 24 saatda Təbriz üçüncü dəfə hücuma məruz qalıb
16:50 / 13-06-2025
“Ulduz”lu görüşlər”in növbəti qonağı Nizami Cəfərov olub - Fotolar
16:44 / 13-06-2025
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13:07 / 10-06-2025

22:32 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

Dəmir general - Ukrayna ordusunu qələbəyə aparanlardan biri də odur - Foto
Tarix: 11-04-2022 12:43 | Bölmə: Slayd

Valeri Zalujnı
Ukrayna ordusunun rus işğalçılarına cavabı dünyada çoxlarını təəccübləndirib. Hərbi uğur müasir döyüş üsulu və yeni nəsil generallar, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı sayəsində mümkün olub. General şübhəsiz ki, Ukrayna tarixində əfsanəvi şəxsiyyətə çevriləcək.
Reyting.az populyar “Politico” nəşrinin “Ukraynanın Dəmir General”ı məqaləsini qısa ixtisarla təqdim edir:
Ukraynanın gözlənilməz hərbi uğuru - Kiyevi və əksər digər böyük şəhərləri müdafiə etməsi - hərbçi ailəsində doğulmuş və 2021-ci ilin iyulunda prezident Volodimir Zelenski tərəfindən ən yüksək hərbi posta təyin edilən 48 yaşlı general Zalujnıyə görədir. Zalujnı və digər ukraynalı komandirlər 2014-cü ildən Rusiya ilə tamhüquqlu müharibəyə hazırlaşıb.
ABŞ və Rusiyanın əksər generallarından fərqli olaraq Zalujnı ulduz komandir obrazından qaçır. Bir çox cəhətdən Zalujnı həm Donbassda səkkiz illik ağır müharibə zamanı, həm də xaricdə - NATO qüvvələri ilə Avropanın müxtəlif yerlərində poliqonlarda birgə təlimlər zamanı formalaşmış yeni nəsil ukraynalı zabitləri təmsil edir. Bu təcrübə onların onilliklər ərzində sərt sovet hərbi təlimi nəticəsində formalaşan avtoritar xarakterini dəyişib. NATO ilə əməkdaşlıq sayəsində Qərb standartlarını mənimsəmiş və Ukrayna palçığında ilişib qalmış Rusiya modelindən fərqli olaraq mərkəzləşdirilməmiş, daha sürətli müharibə aparmağa kömək edən bir qrup peşəkar zabit meydana çıxıb.
“Yəqin ki, mən Zalujnı haqqında təkcə bir şəxs kimi deyil, yeni nəsil ukraynalı hərbçilərin nümayəndəsi - yüksək, orta və hətta aşağı səviyyəli zabitlər kimi danışa bilərəm”, - Ukrayna Hərbi Hava Qüvvələrinin keçmiş zabiti Oleksiy Melnik deyib.
2021-ci ilin sentyabrında, ABŞ prezidenti Co Bayden administrasiyası Rusiyanın işğalı ehtimalı barədə yüksək səslə xəbərdarlıq etməyə başlamazdan və Ukrayna sərhədlərində qoşunların toplanması ilə bağlı kəşfiyyat məlumatlarını paylaşmağa başlamazdan iki ay əvvəl Zalujnı hücuma hazırlığı təsvir edib.
“Mən vəzifəyə gələndən bu barədə danışıram. Tam miqyaslı təcavüz təhlükəsi var, olub və olacaq. Silahlı Qüvvələr olaraq bizim vəzifəmiz “cənnət mannasını” gözləmək deyil, biz buna hazırlaşmalıyıq. Biz bunun üçün hər şeyi edirik. Qərb tərəfdaşlarımız, o cümlədən NATO üzvləri, həmçinin NATO tərəfdaşları da daxil olmaqla, bir sıra təlimlər keçiririk. Biz düşmənin belə bir ssenarini həyata keçirməyə həvəsini azaltmaq üçün mümkün olan hər şeyi edirik”, - Ukrayna ordusunun komandanı bir il əvvəl belə deyib.
Yanvarda Zalujnı ən yüksək rütbəli qurum olan NATO Hərbi Komitəsinin zabitlərinə Ukrayna ordusunun hazır olduğunu bildirib:
“Mən müttəfiqlərə xatırladım ki, bizim müharibə 2014-cü ildən davam edir və biz öz işimizi görürük”.
Dünyanı bu qədər qorxudan ssenari - tammiqyaslı təcavüz fevralın 24-də Rusiya tanklarının Kiyevə doğru hərəkəti və raketlərin Ukrayna ərazisində hədəfləri vurması ilə reallaşdı. 2014-cü ildə Rusiya qoşunlarının Krıma hücumu, yarımadanı işğal etməsi və Donbassı müharibə zonasına çevirməsindən sonra Ukrayna böyük müharibəyə hazırlaşıb.
Sonrakı illərdə ABŞ, Böyük Britaniya, Kanada, Polşa, Litva və digər NATO müttəfiqləri Ukraynanın Qərbində, o cümlədən Xüsusi Əməliyyat Qüvvələri üçün təlim mərkəzləri açaraq Donbassda ruslara və rusiyapərəst qüvvələrə qarşı təlim və döyüş təcrübəsi keçiblər.
Zalujnı 1973-cü ilin iyulunda Ukraynanın Jitomir vilayətinin Novohrad-Volınski şəhərində doğulub. Atası ordu zabiti olub. Zalujnı 2007-ci ildə bitirdiyi Odessa Hərbi Akademiyasının Quru Qoşunları İnstitutunda və Kiyevdə Milli Müdafiə Akademiyasında təhsil alıb. O, bir sıra vəzifələrdə çalışıb, o cümlədən mexanikləşdirilmiş briqada komandiri olub.

Zalujnı 2014-cü ilin avqustunda ən qanlı döyüşlərin getdiyi və Ukrayna qüvvələrinin böyük itki verdiyi Debaltseve şəhərində yerləşdirilən briqadaya komandanlıq etdiyi Şərqə göndərilib. Məhz Debaltsevoda növbəti itkilərin qarşısını almaq üçün təcili ehtiyac o vaxtkı prezident Pyotr Poroşenkoya təzyiqləri artırıb və onu Minsk Sülh Sazişlərini Ukrayna üçün əlverişsiz şərtlərlə imzalamağa məcbur edib. 2019-cu ildə Zalujnı Çerniqovda yerləşən Şimal Əməliyyat Komandanlığının rəhbəri təyin edilib. Anası Ukraynanın Şimalında, Belarus sərhəddinə yaxın bu şəhərdə anadan olub və uşaqlıqda orada çox vaxt keçirib.
Zalujnının yüksək vəzifəyə təyin edilməsi həm də Baş Qərargahda əməliyyat və planlaşdırma vəzifələrinin ayrılmasını ehtiva edən hərbi rəhbərlik islahatlarının əsas hissəsi idi. O, həmçinin Ukrayna hərbçilərinin nəzəri düşmənlə deyil, həqiqi düşmənlə döyüş təcrübəsinə əsaslanan yeni, daha yaradıcı döyüş üsullarını mənimsədiyi modernləşdirmə kampaniyasında iştirak edib.
Son səkkiz ildə Donbassda gündəlik döyüş təcrübəsi cəbhə xəttindəki qoşunlara kiçik bölmələrin döyüşlərində fərdi təşəbbüsün nə qədər əsas olduğu Zalujnıyə öz gözləri ilə görməyə imkan yaradıb.
Ukrayna əsgərlərinin bu il tətbiq etdiyi “vur və qaç” taktikası Rusiya hərbi maşınını xeyli zəiflətməklə çox böyük effekt verib. Rusiyanın fevralın 24-də Ukraynaya göndərdiyi 120 batalyon taktiki qrupundan 40-ı, o cümlədən Kiyev və Çerniqovun hücumunda iştirak edənlər döyüş qabiliyyətini bərpa etmək üçün Belarusa gediblər. Bu qruplardan təxminən 29-u hazırda Qərbin verdiyi tank əleyhinə silahlarla silahlanmış ukraynalıların kiçik qruplarının onlara verdiyi əhəmiyyətli itkilər səbəbindən yararsız vəziyyətdədir.
Lakin Ukrayna ordusundakı dəyişikliklər döyüş meydanına həlledici təsir göstərdi. NATO-nun təlimləri sovet təfəkkürünün bütün izlərinin, korrupsiya və özündənrazılığın miras qalmış və müstəqillik əldə etdikdən sonra təxminən dörddə bir əsr ərzində davam edən sovet mentalitetinin bütün izlərinin aradan qaldırılması istiqamətində aparılan amansız işin əsas elementi olub.
Ali Baş Komandan istənilən “ulduz” statusundan yayınmağa çalışır, lakin rus işğalçılarına qarşı müqavimətdə əldə edilən uğurlar onun adını Ukrayna tarixinə əfsanəvi şəxsiyyət kimi yazdıracaq.
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Bu gün, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
Dünən, 22:31
İran İsrailə raket hücumuna başlayıb
Dünən, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
Dünən, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
Dünən, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
Dünən, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Dünən, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Dünən, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto