“Azərbaycan Ordusu növbəti əməliyyata hazırdır” - Hərbi ekspert
Tarix: 10-08-2022 09:11 | Bölmə: Slayd
“Azərbaycan Ordusu növbəti əməliyyata hazırdır”

“Azərbaycan ya genişmiqyaslı müharibə ilə məsələni birdəfəlik həll etməlidir, ya da ermənilər danışıqlar prosesini ləngidib, təxribatlara əl atdıqca kiçik taktiki əməliyyatlarla növbəti dəfə güc nümayiş etdirməli və digər yüksəklikləri nəzarətə götürməlidir. Bundan sonra danışıqlar prosesinə qayıtmaq olar”.

Bu sözləri Reyting.az-a hərbi ekspert Azad İsazadə Azərbaycan ərazilərinin separatçılardan və qanunsuz silahlı dəstələrdən azad edilməsindən danışarkən deyib.

Azərbaycanın genişmiqyaslı müharibəyə başlayacağı təqdirdə beynəlxalq təzyiqlərlə üzləşə biləcəyini istisna etməyən A. İsazadənin sözlərinə görə, erməni tərəfi bilməlidir ki, danışıqları uzadıb, növbəti təxribatlar törətdikdə rəsmi Bakı əlindəki ayrı alətlərdən istifadə edəcək.


A. İsazadə

Yaxın dövrdə hansısa hərbi əməliyyatın olub-olmayacağını deməyə çətinlik çəkən A. İsazadənin ehtimallarına görə, hələlik belə əməliyyat gözlənilmir: “Amma aydındır ki, hər şey bizdən asılı deyil. Ermənilər təxribatları dayandırmayanda və prosesi uzatmağa cəhdlər göstərdikdə istər-istəməz yeni situasiya yaranır və bu halda Azərbaycan lazım olanı edir. İndi görünən odur ki, Azərbaycan Ordusu hazır vəziyyətdədir və hər an müharibəyə başlaya bilər. Hər gün erməni təxribatı olacaqsa, günün birində buna qarşı cavab tədbirləri də görüləcək. Hazırda Ermənistanın müharibəyə başlamaq və uzun müddət döyüşmək gücü yoxdur. Amma buna baxmayaraq, biz, imkan düşdükcə belə əməliyyatlar keçirməyə hazır olmalıyıq”.

Hərbi ekspert qeyd edib ki, Azərbaycan Ordusunun son əməliyyatı olduqca uğurludur: “Biz nəticəyə baxmalıyıq. Hazırda Laçın şəhərindən və kəndlərindən erməni köçü başlayıb. Halbuki onlar sona qədər həyasızcasına gözləyirdilər ki, bu ərazilərdən çıxmayacaqlar. Hətta alternativ yolla bağlı işə də başlamayıblar. Amma son əməliyyatdan sonra bu yolun tikintisinə başlamaq məcburiyyətində qaldılar. Onlar dünənə qədər ümid edirdilər ki, bu ərazilərdən çıxmayacaqlar, yol çəkilişinə də ehtiyac yoxdur. Lakin Azərbaycan Ordusunun son əməliyyatı onlara ciddi təsir edib. Ümid edirəm ki, bu proses davam edəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}