19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
17:22 / 13-06-2025
Tramp: İrana 60 gün vaxt vermişdim, bu gün 61-ci gündür
17:06 / 13-06-2025
Laçın şəhərinin Baş planı təsdiqlənib
17:03 / 13-06-2025
Qriqoryan: Paşinyan-Ərdoğan görüşünü inkar etmirəm
16:54 / 13-06-2025
Son 24 saatda Təbriz üçüncü dəfə hücuma məruz qalıb
13:07 / 10-06-2025

22:32 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

Ermənistan Türkiyə ilə münasibətləri niyə normallaşdırmaq istəyir? - Təhlil
Tarix: 10-08-2022 12:19 | Bölmə: Slayd

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan, 10 illik fasilədən sonra normallaşma səylərinə uyğun olaraq, Türkiyədən yük maşınlarının yaxın gələcəkdə ölkəsindən keçəcəyini açıqlayıb. Kerobyan deyib ki, Türkiyə ilə quru sərhədi ticarət üçün açıldıqda Ermənistan iqtisadiyyatı cəmi iki-üç il ərzində 30 faiz böyüyəcək.
Reyting.az xəbər verir ki, bu barədə “Al Monitor” saytı yazıb.
ABŞ nəşrinin təhlilində qeyd olunur:
Kerobyanın bəyanatı Ermənistanın Türkiyə ilə normallaşma üzrə xüsusi elçisi Ruben Rubenyan və onun türkiyəli həmkarı Serdar Kılıç arasında iyulun 1-də Vyanada keçirilən görüşdə razılaşdırılan ilk mühüm addımlardan sonra səslənib. Həmin görüşdə tərəflər uzun müddətdir möhürlənmiş quru sərhədlərini üçüncü ölkə vətəndaşlarına açmaq və Ermənistanla Türkiyə arasında birbaşa yük daşımalarına başlamaq barədə razılığa gəliblər.
Ermənistan ilk etimad tədbiri olaraq diplomatik pasport sahiblərinin sərhəddən buraxılması üçün Türkiyəyə təzyiq etsə də, Ankara bundan imtina edib. Yəni İrəvan guya transsərhəd turizmi təşviq etmək üçün xarici pasport daşıyanların keçməsinə icazə vermək ideyasını irəli sürüb.
Bu ilin əvvəlində başlanmış danışıqların məqsədi tammənalı diplomatik əlaqələrin qurulması və sərhədlərin tam açılmasıdır. Sərhəd Türkiyə tərəfindən 1993-cü ildə Ermənistanın Azərbaycanla Dağlıq Qarabağ anklavı uğrunda apardığı qanlı müharibədə Azərbaycanın böyük hissəsi işğal edildikdən sonra bağlanıb.
2020-ci ildə Azərbaycan Türkiyə və müəyyən dərəcədə İsrailin hərbi dəstəyi sayəsində bu əraziləri geri alıb. Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağdakı təmas xəttində yerləşdirilən Rusiya sülhməramlıları vasitəsilə gərgin atəşkəs əldə edilib. Bununla belə, hələ avqustun 1-də Ermənistan rəsmiləri Azərbaycanı anklava qarşı çoxsaylı hücumların təşkilində ittiham ediblər. Azərbaycan isə bu iddianı rədd edib.
44 günlük müharibə Ermənistanı kökündən sarsıdıb və uzun müddət hərbi qüdrəti ilə fəxr edən ölkədə ruh düşkünlüyünə səbəb olub. Yaranmış vəziyyət Ermənistan Baş naziri Nikol Paşinyan hökumətini erməni millətçilərinin və diaspor icmalarının etirazları fonunda Türkiyə ilə sülh axtarmağa sövq edib.
İyulun 11-də Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə telefonla danışıblar və hər iki tərəfin məlumatına görə, 1 iyul razılaşmalarının tezliklə həyata keçirilməsini gözlədiklərini bildiriblər.
Kerobyan deyib ki, sərhədin açılması Ermənistanı quyu dibindən yol ayrıcına çevirəcək.
On il əvvəl tərəflər arasında vasitəçilik edən Birləşmiş Ştatlar mübadiləni alqışlayıb. ABŞ dövlət katibi Entoni Blinken iyulun 25-də Paşinyana zəng edərək Vaşinqtonun prosesi dəstəkləməyə hazır olduğunu bildirib.
Bununla belə, Ərdoğan həmin gün ermənilərin gözləntilərinə soyuq su tökərək, danışıqlarda hər hansı irəliləyişin Ermənistanın Azərbaycanla hərtərəfli sülh müqaviləsi üzrə danışıqlarındakı irəliləyişdən asılı olduğunu açıq şəkildə bildirib. “Azərbaycan əvvəldən qırmızı xəttimiz olub. Azərbaycanla bağlı problemlər həll olunandan sonra qapılarımızı açacağımızı dedik”, - deyə Ərdoğan Türkiyə dövlət televiziyasına müsahibəsində deyib.

Bu açıqlamalar Türkiyənin Ermənistanla ilin əvvəlində başlatdığı danışıqların şərtsiz olması ilə bağlı iddiaları təkzib edir.
İrəvanlı analitik Benyamin Poqosyan qeyd edib ki, şərtlər çox aydındır: Ermənistan Azərbaycanın bütün tələblərini, xüsusən də Dağlıq Qarabağın Ermənistana deyil, ona məxsus olmasını qəbul etməlidir. Ən yaxşı halda Azərbaycan anklavın əksəriyyətini təşkil edən erməni əhalisinin kütləvi şəkildə köçməsi ilə nəticələnəcək hansısa formada mədəni muxtariyyət verəcək.
Türkiyə, həmçinin həmsərhəd Naxçıvanla Azərbaycana birləşdirən quru dəhlizinin yaradılması ilə bağlı Azərbaycanın tələblərini də dəstəkləyir.
Erməni müxalifətinin üzvləri deyirlər ki, bu, faktiki olaraq Ermənistanı İranla sərhədindən kəsəcək. Bu, həm də Ankaranın köməyi ilə Ermənistanın İranla həmsərhəd olan ən cənub sərhədi Sünikə hücum etmək üçün Azərbaycana zəmin yaradacaq.
İranın ali dini lideri Ayətullah Əli Xamenei iyulun 19-da Tehranda Ərdoğanla görüşündə öz etirazlarını bildirib. “Əgər İran və Ermənistan arasında sərhədi bağlamaq cəhdi olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illərdir kommunikasiya yolu olub”, - deyə Xamenei vurğulayıb.
Türkiyənin mövqeyi təəccüblü olmamalıdır. Ankara əvvəldən bəyan etdi ki, Türkiyə ərazisindən keçən boru kəmərləri vasitəsilə Avropaya neft və qaz ixrac edən əsas regional müttəfiqi Azərbaycanla addım atacaq. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropa Rusiya qazından asılılığını azaltmağa çalışarkən, Türkiyə Azərbaycan qazından istifadə etmək istəyir.
Son 15 ildə Türkiyənin şərqinə 20-dən çox tədqiqat səfərinə rəhbərlik etmiş Kolumbiya Universitetinin professoru Xatchiq Mouradian deyib: “Normallaşma prosesi getdikcə daha çox, hətta onu pisləyənlər arasında da yerinə yetirilən bir proses kimi qəbul edilir. Digər tərəfdən, danışıqların ilkin şərtsiz getdiyinə dair iddiaya baxmayaraq, Ankara və Bakının İrəvandan maksimum güzəştlər əldə etmək üçün tandemdə fəaliyyət göstərməsinin açıq sirri, hətta hazırkı normallaşma prosesinin tərəfdarları arasında da narahatlıq olaraq qalır”.
Bütün bunlar belə bir sual doğurur ki, Ermənistan nə üçün Türkiyə ilə sülhə can atır?
Poqosyan deyib: “Paşinyan hesab edir ki, Türkiyə ilə danışıqların uğur şansı çox az olsa belə, davam etdirilməsi Cənubi Qafqazda vəziyyəti sabitləşdirəcək və Azərbaycanın Ermənistana genişmiqyaslı hücum ehtimalını azaldacaq. Buna görə də hökumətimiz heç olmasa bir irəliləyiş əldə etmək ideyası ilə çıxış edib”.
Beynəlxalq Böhran Qrupu son hesabatında qeyd edib ki, “Qərbin sanksiyaları Ermənistanın iqtisadiyyatı ilə dərindən bağlı olduğu Rusiyaya zərbə vurduqca Ermənistanın gözlədiyi iqtisadi tənəzzül fonunda sərhədlərin açılması daha da aktuallaşıb”.
Hesabatda deyilir ki, fevralda Rusiyanın Ukraynaya təcavüzündən sonra Ermənistan Mərkəzi Bankı 2022-ci il üçün iqtisadi artım proqnozlarını 5,3 faizdən 1,6 faizə endirib. Müharibə getdikcə, rəqəmlər daha da pisləşə bilər, Paşinyanın reytinqləri də. Ancaq hələ ki, onun sülh təşəbbüsü ictimaiyyətin dəstəyinə malikdir.
Normallaşma səylərinə etiraz üçün müxalifətin təşkil etdiyi mitinqlər qismən 2018-ci il “Məxməri inqilab”ında Paşinyan tərəfindən qansız şəkildə dəyişdirilmiş əvvəlki rejimin liderlərinin iştirakı üçün rəğbət qazana bilmədi. “Bu, Paşinyana deməyə imkan verdi ki, bunlar köhnə korrupsioner elitalardır və onlar Qarabağ məsələsindən hakimiyyətə gəlmək və soyğunçuluqlarını davam etdirmək üçün istifadə etmək istəyirlər”, - deyə Poqosyan bildirib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Bu gün, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
Dünən, 22:31
İran İsrailə raket hücumuna başlayıb
Dünən, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
Dünən, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
Dünən, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
Dünən, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Dünən, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Dünən, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto