Moskva Azərbaycan və Ermənistan arasındakı müzakirələrin təfərrüatlarını açıqlamır
Tarix: 11-08-2022 15:04 | Bölmə: Slayd
Moskva Azərbaycan və Ermənistan arasındakı müzakirələrin təfərrüatlarını açıqlamır

"Moskva Rusiyanın sülhməramlı kontingentinin ayrı-ayrılıqda tənqid edilməsini əsassız sayır".

Reyting.az
xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi İvan Neçayev deyib.

Onun sözlərinə görə, intensiv siyasi təmaslarla yanaşı, yerlərdə vəziyyətin sabitləşməsi üçün lazımi səylər göstərən Rusiya sülhməramlılarının fəal işi davam edir: “Həm Bakıda, həm də İrəvanda Rusiya sülhməramlı kontingentinin mühüm rolunu dəfələrlə qeyd ediblər”.

Neçayev xatırladıb ki, avqustun 2 və 8-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. Azərbaycan və Ermənistan həmkarları ilə təmasları xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu aparıb.

“Sadalanan bütün məsələlər, o cümlədən Laçın dəhlizinə dair vəziyyət Azərbaycan və Ermənistan tərəflərinə uyğun həllin əldə edilməsi üçün məsləhətləşmələrin predmetidir. Məsələnin həssaslığını nəzərə alaraq, Rusiya tərəfi müzakirə olunan sazişlərin təfərrüatlarını açıqlamır”, - deyə Rusiya XİN təmsilçisi qeyd edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}