Sosial şəbəkələrdən istifadə edən hərbçilər ordudan uzaqlaşdırılıb
Tarix: 12-08-2022 09:10 | Bölmə: Slayd
Sosial şəbəkələrdən istifadə edən hərbçilər ordudan uzaqlaşdırılıb

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlunun və Feyruzlu Toğrul Mirağa oğlunun xidmət zamanı smartfon tipli telefon istifadə etmələri, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video paylaşmaları aşkar edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından xaric ediliblər.

Nazirlik bildirir ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}