12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rus haker qrupu axtarılır - Məlumat verən 10 milyon dollar mükafat alacaq
Tarix: 12-08-2022 12:10 | Bölmə: Slayd
Rus haker qrupu axtarılır - Məlumat verən 10 milyon dollar mükafat alacaq

ABŞ Dövlət Departamenti "Conti" qrupu ilə əlaqəli 5 şəxsin şəxsiyyətini və yerini müəyyən edən məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edəcəyini açıqlayıb.

Reyting.az
xəbər verir ki, "Conti" Rusiyada yerləşən, Ukraynaya hücumdan sonra Moskvanın hərəkətlərini dəstəkləyən və Rusiya üçün təhlükə hesab etdiyi ölkələrin kritik infrastrukturunu təhdid edən haker qrupudur.

ABŞ Dövlət Departamentinin məlumatına görə, qrup ABŞ və beynəlxalq infrastruktur, o cümlədən hüquq-mühafizə orqanları, təcili tibbi yardım xidmətlərini hədəf alan mindən çox hücum əməliyyatı həyata keçirib.

Bundan əvvəl "Microsoft" iyul ayında rus hakerlərinin Ukrayna müttəfiqlərinə qarşı kiberhücumlar təşkil etdiyini bildirmişdi.

“Microsoft”un hesabatına görə, dövlət tərəfindən dəstəklənən rus hakerləri Ukraynanı dəstəkləyən 42 ölkədə hökumətlərə, beyin mərkəzlərinə, şirkətlərə və humanitar qruplara qarşı strateji casusluğa başlayıblar.

“Microsoft”un rəhbəri Bred Smit iddia edir ki, müharibə başlayandan bəri Rusiyanın Ukrayna müttəfiqlərinə qarşı kiberhücumlarının 29 faizi uğurlu olub.

Bu hesabata görə, rus hakerlərinin kibercasusluq hədəflərinin təxminən üçdə ikisi NATO üzvləridir, əsas hədəf isə ABŞ və Polşadır.




Bölməyə aid digər xəbərlər