12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Müəllimlərin işə qəbulu üzrə müsahibə başlayıb
Tarix: 18-08-2022 10:44 | Bölmə: Slayd
Müəllimlərin işə qəbulu üzrə müsahibə başlayıb

Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildiriblər.

Məlumata görə, müsahibələr Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Fənlər üzrə müsahibə tarixləri aşağıdakı kimidir:

18 avqust - biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi;

19 avqust - informatika, fransız dili (Azərbaycan və rus bölməsi), biologiya, Azərbaycan dili və ədəbiyyat, tarix, texnologiya, təsviri incəsənət, musiqi;

20 avqust - texnologiya, rus dili, musiqi (Azərbaycan və rus bölməsi), tarix, riyaziyyat, təsviri incəsənət, informatika;

22 avqust - texnologiya, rus dili, tarix (rus bölməsi), coğrafiya, riyaziyyat, təsviri incəsənət, musiqi;

23 avqust - texnologiya, rus dili və ədəbiyyatı, təsviri incəsənət (rus bölməsi), coğrafiya (Azərbaycan və rus bölməsi), fiziki tərbiyə (Azərbaycan və rus bölməsi), kimya (rus bölməsi), riyaziyyat (rus bölməsi), ingilis dili, musiqi;

24 avqust - fizika, Azərbaycan dili, rus dili və ədəbiyyatı, texnologiya (rus bölməsi), ingilis dili (Azərbaycan və rus bölməsi), fiziki tərbiyə, ibtidai sinif, kimya, musiqi;

25 avqust - fizika (Azərbaycan və rus bölməsi), ibtidai sinif (Azərbaycan və rus bölməsi), Azərbaycan dili, alman dili (Azərbaycan və rus bölməsi), ingilis dili (Azərbaycan və rus bölməsi), kimya, fiziki tərbiyə.

Qeyd edək ki, müsahibə ilə bağlı məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.




Bölməyə aid digər xəbərlər