12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rus ordusu Ukraynada məğlub olur, Kremlin Kiyevlə danışıqlara başlamaq istəyi rədd edilir
Tarix: 19-08-2022 21:28 | Bölmə: Slayd
Rus ordusu Ukraynada məğlub olur, Kremlin Kiyevlə danışıqlara başlamaq istəyi rədd edilir

“Rusiya ordusu Ukraynada hərbi baxımdan hədəf seçə bilmir. Ruslar irəliləməyə çalışsa da, cavab zərbəsi alaraq dayanır və bəzi yerlərdə geri çəkilməyə məcbur olur. Hazırda ruslar Zaporojie AES-in təhlükə yarada biləcəyini şantaja çevirir. Rusların əsas məqsədi danışıqlara başlamaqdır. İrəliləyə bilmir, bütün imkanlarını sərf edir ki, danışıqlar başlasın, Kiyev isə danışıqlardan imtina edir”.

Bu fikirləri Reyting.az-a hərbi ekspert Azad İsazadə deyib.

A. İsazadə bildirib ki, Ukraynada vuruşan rus ordusunda faktiki formalaşan hərbi hissələr yoxdur: “Federasiyanın müxtəlif subyektlərindən yığılan insanların əlinə silah verərək döyüşə göndəriblər. Bu insanlar anlamır ki, nəyə görə vuruşurlar. Onların əhval-ruhiyyəsi sıfırdır. Nisbətən motivasiyalı olan hərbi birlik “Vaqner” adlandırdılan muzdlu döyüşçülərdir. Onlar Suriyada, Mərkəzi Afrikada, Çeçenistanda illərlə təcrübə toplayıblar. Dəqiq bilirlər ki, nəyə görə - əslində isə pula görə döyüşürlər. Digər motivasiyalı qrup Donetsk və Luqanksi separatçılarıdır. Onlar 2014-cü ildən döyüşürlər, təcrübələri var və bilirlər ki, uduzsalar heç kimə lazım deyillər. Ukrayna tərəfi onları məhv edəcək, Rusiyada isə onlar heç kimə lazım olmayacaq. Çünki son 8 ildə onlar ancaq döyüşmək, adam öldürmək təcrübəsinə sahibləniblər. Qalanları Ukraynada nə etdiyini, nə üçün savaşdığını bilmir”.


A. İsazadə

Hərbi ekspert əlavə edib ki, hazırda Ukrayna ordusu faktiki əks-hücumlar həyata keçirir: “Sadəcə, bizim publika əks-hücum deyəndə dünya müharibəsindəki əks-hücumları nəzərdə tutur. Hazırda Ukrayna ordusu əks-hücum hərəkəti ilə Rusiyanın arxada olan ehtiyatlarını məhv edir. Bu da əks-hücum əməliyyatıdır.

Krımda hərbi aerodomu vurublar, Xerson və digər istiqamətlərdə rusların silah anbarları, logistika və ehtiyatlarını məhv ediblər. Eləcə də Dnepr üzərindəki körpüləri yararsız hala salıblar. Əslində bunlar da əks-hücumlardır”.

A. İsazadə diqqətə çatdırıb ki, Ukrayna tərəfi əsgərini, ordusunu qırğına vermir, mümkün qədər qoruyur. Lakin hərbi-texniki baxımdan əks-hücum gedir. Tədricən körpülər dağıdılır, kommunikasiyalar məhv edilir, silah və ehtiyat anbarları dağıdılır və bu proses davam edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər