12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Almaniya enerji böhranı ilə bağlı həyəcan təbili çalır
Tarix: 20-08-2022 13:26 | Bölmə: Slayd
Almaniya enerji böhranı ilə bağlı həyəcan təbili çalır

Rusiya-Ukrayna müharibəsindən ən çox zərər çəkən Avropa ölkələrindən biri Almaniyadır. Rusiyadan gələn təbii qazdan asılı olan ölkədə bu asılılığı azaltmaq və yaxınlaşan qışa hazırlıq üçün tədbirlər görülür. Enerjiyə qənaətlə bağlı ictimaiyyətə təkliflər verən məmurlardan birinin son sözləri ölkədə “soyuq duş” effekti yaradıb.

Reyting.az
-ın xəbərinə görə, Almaniyanın Baden-Vürtemberq əyalətinin baş naziri Vinfrid Kretçman deyib ki, enerji böhranı ilə sınaqdan keçirildiyimiz bu günlərdə insanlar “daim duş almaq” əvəzinə uşaq bezindən yararlanmaqla çox şeyə qənaət edə bilərlər.

Xatırladaq ki, Yaşıllar Partiyasının üzvü olan Kretçman təxminən 11 milyon insanın yaşadığı, Fransa və İsveçrə sərhədində yerləşən Almaniyanın cənub-qərb əyalətini idarə edir. “Porsche” və “Mercedes-Benz” şirkətlərinin də qərargahları ştatın paytaxtı Ştutqartda yerləşir.

Almaniyanın hazırda üzləşdiyi enerji böhranı ilə bağlı “Südwest Presse” qəzetinə danışan Kretçman enerji israfının qarşısını almaq üçün şəxsən gördüyü işlərdən söz açıb.

Baş nazir evinin damında günəş qurğusu olduğunu, elektrikli avtomobil sürdüyünü və tək otağı qızdırdığını söyləyib.

Soyuq duş qəbul edib-etmədiyini soruşduqda, Kretçman “duşdan daha yaxşısını” etdiyini bildirib.

Kretçman vətəndaşlara duş qəbul etmək əvəzinə nəm bir parça ilə silinmələrini təklif edib.

Keçən ay INSA Tədqiqat İnstitutunun keçirdiyi sorğuya görə, almanların demək olar ki, üçdə ikisi hökumətin təkrar çağırışlarına cavab olaraq duşda vaxtlarını azaldıb.

İstilik xərclərinin artmasının gəlir qrupunda olan insanlar üçün o qədər də problemli olmadığını qeyd edən Kretçman bəzi almanların dövlət yardımı olmadan yaşaya bilməyəcəyini də dilə gətirib.

Kretçman bu dəfə “rifah baxımından bir az itki” olacağını söyləyib və əlavə edib ki, hamı buna uyğunlaşmalıdır.

Hazırda Rusiyanın ən böyük təbii qaz tədarükçüsü olan Almaniya Ukrayna müharibəsi səbəbindən Moskvaya qarşı tətbiq edilən sanksiyalardan qaynaqlanan texniki problemlər səbəbindən qaz nəqli durmadan azaldığı üçün ciddi enerji böhranı ilə üzləşib.

Artan böhranı yüngülləşdirmək üçün həm federal hökumət, həm də ştatlar vətəndaşları kondisionerlərini söndürməklə və daha az isti su istifadə etməklə enerji istehlakını azaltmağa çağırır.

Berlin kömür stansiyalarını dirçəltməyə başlayıb, qazdan istifadəyə əlavə vergi tətbiq edib. Bildirilir ki, bu il planlaşdırılan mərhələli istifadədən sonra qalan nüvə reaktorları işlək vəziyyətdə saxlanılacaq.

Alman rəsmiləri deyirlər ki, əgər Rusiya qazı kəsərsə, ölkə buna 2,5 ay dözə bilər.




Bölməyə aid digər xəbərlər