12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya müdafiəsiz, Putin çarəsiz... - Hərbi təyyarələrin yarısı yox olub
Tarix: 21-08-2022 21:13 | Bölmə: Slayd
Rusiya müdafiəsiz, Putin çarəsiz... - Hərbi təyyarələrin yarısı yox olub

Bir neçə gündən sonra Rusiyanın Ukraynaya qarşı müharibəsi yeddinci aya daxil olacaq. Müharibənin ilk günlərində rus qoşunları müəyyən üstünlüklər qazansa da, son aylar həm mövqe, həm də hərbi texnika və canlı qüvvə baxımından itkiləri artmaqda davam edir. Məsələn, avqust ayı ərzində Ukrayna ordusu Saki hərbi aerodromunu vurub. Bu zaman Rusiyanın 9 döyüş təyyarəsi məhv edilib, digər texnikaları isə yararsız vəziyyətə düşüb. Bu hücumla Rusiyanın hərbi zəifliyi üzə çıxıb.

Xatırladaq ki, pilotsuz uçan aparatı ilə Rusiyanın Krımda yerləşən Hərbi Dəniz Qüvvələrinin qərargahına da hücum olub və böyük partlayış baş verib. Rusiya qüvvələrinin dronları vurmaq cəhdlərinə baxmayaraq, hücumdan sonra bu səhər havada tüstü görünüb. Bu, Ukrayna qüvvələri tərəfindən yarımadanın dərinliklərində törədildiyi güman edilən sirli partlayışlar seriyasının sonuncusu olub.



Kəşfiyyat rəsmiləri bildirirlər ki, dünənki gecə hücumları rusların hərbi imkanlarını iflic edib, eyni zamanda Kiyevin Rusiya logistikasına zərbə vurmaq qabiliyyətini göstərib. Bir mənbə Rusiyanın gücünü itirdiyini vurğulayaraq, “Flaqmanları “Moskva” itirildi, İlan adası əldən çıxdı, donanmalarının yarısı məhv edildi və hərbi qərargahları vuruldu”,- deyib.

Reyting.az-ın məlumatına görə, Qərb rəsmiləri Krımda baş verən son partlayışların Moskvaya böyük psixoloji təsir göstərdiyini bildirir.

Böyük Britaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın Qara dəniz donanmasına aid döyüş təyyarələrinin yarıdan çoxu ötən həftə Krımın qərbində, Moskvanın əvvəllər təhlükəsiz hesab etdiyi Rusiyaya məxsus Saki hərbi hava limanında baş verən partlayışlar nəticəsində zərərsizləşdirilib.



Kreml hərbi uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürməklə məşğuldur, prezident Vladimir Putin isə Ukraynanın uğurlarını Rusiya əhalisindən gizlətməyə çalışır.

Rusiyanın digər bir problemi Krımdan qaçan minlərlə rusun ölkəyə gəlməsidir. Həmçinin Rusiyanın Timonovo kəndi yaxınlığındakı sursat anbarında baş verən yanğın Rusiyanın Belqorod vilayətində iki kəndin boşaldılmasına səbəb olub.

Ukrayna sərhədindən təxminən 20 kilometr aralıda yerləşən Timonovo və Soloti kəndlərində 1100-ə yaxın insan yaşayır. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov cümə axşamı baş verən yanğında tələfatın olmadığını bildirib.



Ötən həftə Krım aviabazasına edilən hücumda 9 rus döyüş təyyarəsinin məhv edildiyi bildirilir. Hücum həm Rusiyanın zəifliyini, həm də Ukraynanın əvvəllər qeyri-mümkün hesab etdiyi düşmən xətti arxasına zərbə endirmək qabiliyyətini nümayişidir.

Qərb rəsmisi deyib ki, müharibə hər iki tərəfin quru qüvvələrinin effektiv hücum hərəkətləri etmək üçün kifayət qədər gücü olmadığı vaxt baş verib. Rusiya öz qüvvələrini bərpa etməyə çalışarkən, silah-sursat, eləcə də canlı qüvvə problemləri də daxil olmaqla, getdikcə daha ciddi problemlə üzləşir.

Bu həftə Ukraynanın ikinci böyük şəhəri Xarkovda Rusiyanın hava hücumları nəticəsində onlarla dinc sakin həlak olub.

Bu arada Britaniya hərbi kəşfiyyat xidmətinin rəhbəri Ceremi Fleminq “The Economist” qəzetinə deyib ki, Putin indiyədək Ukrayna və Qərbdəki informasiya müharibəsində hərtərəfli uduzub. O, əlavə edib ki, Rusiyanın internetdəki quru işğalı kimi ilkin planları da uğursuzluğa düçar olub.



Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Ukrayna rəsmilərinin Krımda obyektlərin atəşə tutulması ilə bağlı bəyanatları Birləşmiş Ştatlar və onun NATO müttəfiqləri tərəfindən açıq şəkildə təşviq edilən münaqişənin genişlənməsinə işarədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər