12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Pakistan qarışır: Xanın həbs qərarı verilib, ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranır
Tarix: 22-08-2022 11:50 | Bölmə: Slayd
Pakistan qarışır: Xanın həbs qərarı verilib, ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranır
İmran Xan

Pakistanın keçmiş baş naziri İmran Xanın həbsinə order verilib. Pakistanın keçmiş naziri Əli Əmin Xan Qandapur isə deyib ki, əgər İmran Xan həbs olunarsa, İslamabadı ələ keçirəcəklər.

Reyting.az
xəbər verir ki, Pakistanda keçmiş baş nazir İmran Xana qarşı Terrorla Mübarizə Qanununa əsasən, “polisi və hakimi hədələməsi” səbəbi ilə təhlükəsizlik əməliyyatı başlayıb.

Məlumata görə, polisin İmran Xana qarşı Terrorla Mübarizə Qanunu çərçivəsində başlatdığı əməliyyat keçmiş baş nazirin dünən paytaxt İslamabadda verdiyi açıqlamalardan sonra həyata keçirilib. Hakimiyyət İmran Xanın çıxışının “xalq arasında iğtişaş və terror yaymaq” məqsədi daşıdığını bildirib.



Qeyd olunur ki, polis İ. Xanı əbs etmək üçün onun evinin qarşısına gəlib və bundan sonra əhali küçələrə çıxıb.

Əli Əmin Xan Qandapur sosial media hesabında “Əgər İmran Xan idxal hökumət tərəfindən həbs olunarsa, İslamabadı ələ keçirəcəyik”,- deyib.

O, polisə müraciətində “siyasi müharibənin bir hissəsi olmayın. Siz polis deyil, Pakistan Demokratik Hərəkatının işçilərisiniz”,- deyib.



Bu arada İ. Xan da xəbərdarlıq edib: “Bizə qanuni və konstitusiya yolu ilə seçkilərə getməyə icazə verəcəklərini görəcəyik, əks halda bu ölkə vətəndaş müharibəsinə sürüklənəcək”.

Keçmiş baş nazirin həbs edilib-edilməyəcəyi hələlik bəlli deyil. Bununla belə, Pakistan Ədalət Hərəkatı (PTI) Partiyasının lideri Xan əvvəllər bildirmişdi ki, onu həbs etmək üçün saxta əsaslar axtarırlar.

Qeyd edək ki, Pakistanda aprelin 10-da parlamentin etimad səsverməsində 174 səslə İmran Xan hökuməti yıxılıb. Aprelin 11-də parlamentdə keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.



Xan dünən paytaxt İslamabadda partiyasının baş qərargahında üzvlərin işgəncələrə məruz qalması səbəbiylə etiraz aksiyası keçirib. Sabiq baş nazir bəyan edib ki, hakim Ziba Gaudri, İslamabadın polis rəisi və müavinini bağışlamayacaq, onlara qarşı iddia qaldıracaq.

Dünən Pakistan Elektron Media Tənzimləmə Təşkilatı (PEMRA) keçmiş baş nazir İmran Xanın “dövlət qurumlarını və məmurlarını təhdid etdiyini” əsas gətirərək onun çıxışlarının canlı yayımını qadağan edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər