12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qısa vaxtda beş mindən çox şəxs insan alverinin qurbanına çevrilib
Tarix: 23-08-2022 14:36 | Bölmə: Slayd
Qısa vaxtda beş mindən çox şəxs insan alverinin qurbanına çevrilib

Sosial şəbəkələrdəki reklamları ilə insanları aldadan dəstənin toruna düşən yüzlərlə insan bir anda yoxa çıxıb. Bu səbəbdən 5 ölkədə həyəcan təbili çalınır.

Reyting.az
xəbər verir ki, soyadını açıqlamaq istəməyən tayvanlı gənc qadın Yu Tanq aprel ayında iş axtaranlar üçün yaradılmış qrupda tayvanlı bir xanımla “Facebook” vasitəsilə əlaqə saxladığını bildirib.

Yu Tanqa xaricdə onlayn oyun və kazino sənayesi üçün zəng və ya yardım mərkəzlərində işləmək təklif olunub. Şübhələrini dilə gətirdikdə isə geri dönüş üçün pul ödəməsini tələb ediblər və onunla şəxsən görüşməyə razılaşıblar.

“Mən onlara inanmadım, sonra ictimaiyyət qarşısında görüşdük”, - deyən Yu Tanq onunla görüşən şəxsin normal kişi olduğunu bildirib: “İş razılaşması oldu. Məni hava limanında müxtəlif adamlar, eləcə də mənim kimi bir neçə iş axtaran şəxs qarşıladı”.

Qadını Penh hava limanında “səyahət agentləri” olduqlarını, lakin qanqsterlərə bənzədiklərini söyləyən başqaları qarşılayıb. Həmin şəxslər iş axtaranların pasportlarını telefon nömrəsi üçün alsalar da, geri qaytarmayıblar. Bundan sonra iş axtaran qrup anlayıb ki, onları satacaqlar. Bu zaman işaxtarma ilə bağlı internet üzərindən aparılan danışıqların izləri qurbanların telefonlarından silinib.

İnsan alverçiləri qurbanlara bildirib ki, əgər azadlığa çıxmaq istəsələr, 17.000 ABŞ dolları qarşılığında başqalarını işə götürməli olacaqlar. Yu Tanq deyib ki, bir nəfər etiraz etdikdə qanqsterlər ona tapança ilə hücum ediblər.

Yu Tanq sonradan nömrə əldə edərək “Facebook” vasitəsilə yerli siyasətçi ilə əlaqə saxlayıb, real vəziyyəti ona bildirib. Bundan sonra polis insan alveri ilə bağlı əməliyyata başlayıb.

Ertəsi gün polis və hərbçilər onu götürmək üçün hadisə yerinə gəliblər. Müdir qurbanlara “heç nə olmamış kimi davranmaq” üçün pul təklif edib, lakin onlar bundan imtina ediblər.

Məlum olub ki, yüzlərlə tayvanlı qaçaqmalçılıq yolu ilə Kambocaya aparılıb və telekommunikasiya fırıldaqçıları tərəfindən girov götürülüb.

Daha sonra Tayvan, Çin, Honq-Konq, Makao və Vyetnamda polis qüvvələri vətəndaşlarını xilas etmək və insan alverçilərini yaxalamaq üçün kütləvi əməliyyatlara başlayıb.

Səlahiyyətlilər, Cənub-Şərqi Asiyada insan alverçiləri tərəfindən girov saxlanılan və telekommunikasiya fırıldaqçılığı şəbəkələrində işləməyə məcbur edilən naməlum sayda qurbanlar arasında yüzlərlə tayvanlının olduğunu söyləyib.

Məlum olub ki, insan alverçiləri sosial media vasitəsilə əsasən gənc asiyalıları hədəfə alır və Kamboca, Tayland, Myanma və Laos kimi ölkələrdə yaxşı maaşlı iş və yaşayış yeri təklif edirlər. Ölkəyə gəldikdən sonra pasportları götürülən bu şəxslər tez-tez müxtəlif qruplara satılaraq qanunsuz telefon və ya onlayn saxtakarlıqla məşğul olan qruplarda işlədilirlər.

Tayvan rəsmiləri deyib ki, 5 minə yaxın vətəndaş Kambocaya gedib və geri qayıtmayıb.

Polis insan alverçisinə çevrilən ən azı 370 nəfəri müəyyən etdiyini, lakin zərərçəkmişlərin sayının daha çox olacağını bildirib. Məlumata görə, son aylar ərzində ən azı 46 nəfər Tayvana qayıdıb.

Kambocada polisin qeyri-adekvat araşdırması və korrupsiya nəticəsində xilasetmə işləri əngəllənib və ya çətinləşib. Məlumatlara görə, cinayətkarlar arasında Tayvan, Çin, Tayland və Kamboca vətəndaşları var.

Tayvan polisi bildirib ki, insan alveri şəbəkəsi ilə bağlı ən azı 67 nəfəri, o cümlədən yerli dəstələrlə əlaqəsi olduğu iddia edilən 16 nəfəri həbs edib.





Bölməyə aid digər xəbərlər