12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Mehman Əliyev: “Rusiyanın SSRİ-yə oxşar imperiya yaratmaq imkanı yoxdur”
Tarix: 23-08-2022 17:23 | Bölmə: Slayd
Mehman Əliyev: “Rusiyanın SSRİ-yə oxşar imperiya yaratmaq imkanı yoxdur”

“Rus siyasətçilərin “SSRİ” ifadəsini işlətməsi daha çox MDB məkanında sabitliyə, gərginliyin aradan qaldırılmasına hesablanır. Yəni ruslar bununla göstərməyə çalışırlar ki, bizi bir-birimizə bağlayan tarix, baxışlar və mədəniyyət var və belə münasibətləri dəstəkləyin. Mən görmürəm ki, bu ifadəni işlətməklə nəsə bərpa etmək istəyirlər. Amma Sovet ideyası, Sovet dili həm də Rusiya daxilində birləşdirici funksiyaya xidmət edir. Bu, müəyyən dərəcədə Rusiyanın qonşuları ilə münasibətlərini bərabər vəziyyətə gətirir”.

Bunu Reyting.az-a açıqlamasında siyasi analitik Mehman Əliyev bildirib.

M. Əliyev əmindir ki, Rusiyanın SSRİ və ya buna oxşar bir imperiya yaratmaq imkanları yoxdur: “Hətta belə bir şərait də mövcud deyil. Məsələn, Ukrayna müharibəsinə diqqət etdikdə görürük ki, bunun SSRİ-nin bərpası ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Əgər söhbət SSRİ-nin bərpası planından gedirsə, Moskva Ukraynada müharibəyə başlamamalı, əksinə, gözləməli idi. Onsuz da müharibədən əvvəl prezident Zelenskinin reytinqi Ukraynada aşağı düşmüşdü. Bu halda Moskva gözləməli, Ukraynada Sovet ideyalarını dəstəkləyən qüvvələri tapmalı, onları dəstəkləməli idi. Amma biz bunu görmədik.

İkincisi, Ukraynanın əsas iqtisadi əlaqələri Rusiya ilədir. Demək olar ki, bu münasibətlər Rusiyaya bağlı idi. Bu halda imperiya planı olan Rusiya niyə bütün bunları bir kənara qoyaraq müharibəyə başladı?

Üçüncüsü, Rusiya müharibəni harada aparır? Ukraynanın Şərq hissəsində! Şərqdə yaşayanlar da ya ruslar, ya da ruspərəstlərdir. Necə olur ki, sən imperiya qurmaq istədiyin halda gedib Ukraynada rusları və ya Rusiyaya meylli olanları vurursan? Məntiqlə baxdıqda Putin Şərqi Ukraynanı deyil, Qərbi Ukraynanı vurmalı idi. Amma tamam başqa bir şey baş verdi. Lvov və ona yaxın şəhərlər əsasən qərbpərəstdir. Onlar gələcəyini Avropa ilə görür. Mərkəzi Ukraynada Rusiya və Avropaya baxın, demək olar ki, yarıbayarı idi. Şərqi Ukraynanın 80 faizi isə Rusiyaya meyllidir. Məntiqlə Rusiya Qərbi Ukrayna ərazilərinə raketlər atmalı idi. Bütün bunlar göstərir ki, Rusiyanın məqsədi yaxınlaşdırmaq deyil, uzaqlaşdırmaqdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər