12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Dini liderlər Şuşada yeni Əsasnamə imzalayıb, birgə bəyanat veriblər - (Yenilənib)
Tarix: 20-10-2022 12:12 | Bölmə: Slayd
Dini liderlər Şuşada yeni Əsasnamə imzalayıb, birgə bəyanat veriblər - (Yenilənib)

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri işğaldan azad olunmuş ərazilərə gəliblər.

Reyting.az
-ın məlumatına görə, nümayəndələr Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

Qonaqlar işğal zamanı Füzulinin dağıdılmış yaşayış məntəqələrinə baxdıqdan sonra Füzulidən Şuşaya yola düşüblər.

***

TDT-nın müsəlman dini liderləri Şuşa şəhərindədir.


Bu gün Azərbaycanın mədəniyyət paytaxtında TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq, birgə bəyanat qəbul ediləcək.

***

Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin Şuşada tədbiri başlayıb.


Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, TDT Baş katibi Bağdad Amreyev, Türkiyə diyanət işləri başqanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Türkmənistan müftisi Yalkab Xocaquliyev, elm, din, siyasi və ictimai xadimlər iştirak edirlər.

***

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb.

Reyting.az
xəbər verir ki, sənədi TDT-nin Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev imzalayıblar.

Daha sonra isə Türk Dövlətləri Təşkilatına  üzv ölkələrin müsəlman dini liderləri birgə bəyanat qəbul ediblər.

Birgə bəyanatda deyilir:

“Üzv dövlətlərdə din-dövlət münasibətlərinin təkmilləşdirilməsi üçün müvafiq qurumlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün müvafiq layihələr hazırlanacaq. Birgə elmi və dini mərkəzlər yaratmaq, tələb-müəllim və təcrübə mübadiləsinə köməklik ediləcək”.





Bölməyə aid digər xəbərlər