13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya Cənubi Qafqazda yenidən təşəbbüsü ələ almaq istəyir
Tarix: 10-11-2022 15:54 | Bölmə: Slayd
Rusiya Cənubi Qafqazda yenidən təşəbbüsü ələ almaq istəyir

“Rusiya prezidenti Putin noyabrın 22-23-də İrəvan şəhərində olacaq. Səfərin rəsmi tərəfi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısında iştirak göstərilsə də, məncə, səbəbləri başqadır”.

Bunu Reyting.az-a siyasi şərhçi Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərlərinin son Brüssel, Praqa görüşləri və xarici işlər nazirlərinin Vaşinqton danışıqları, normallaşma istiqamətində müəyyən addımların atılmasına cəhdlər Rusiyanı narahat edir. Hətta bir müddət əvvəl Putin bunu açıq şəkildə deyib.

O. Qasımov V. Putinin İrəvan səfərində bir neçə niyyətinin olduğunu iddia edir və bunu aşağıdakı kimi təsnifatlaşdırır:

“Son bir ildə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün Avaropa İttifaqı və Qərb tərəfdən başladılan təşəbbüslər nəticəsində prosesdən kənarda qalan və Ukraynadakı işğalçı savaşla xeyli zəifləyib Güney Qafqazda təsir imkanları azalan Rusiya bu durumla barışmadığını, bölgədə əsas söz sahibi olduğunu göstərib, yenidən təşəbbüsü ələ almaq istəyir”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda toplantısının keçirilməsi ilə 44 günlük savaşdan sonra Rusiyadan narazı qalan erməni toplumuna müttəfiqliyə sadiqlik mesajı vermək istəyir:

“Putin sülh prosesini əngəlləmək üçün Ermənistandakı əlaltılarına və revanşist qüvvələrə fəallaşmaq mesajı verir. Putin 2013-cü ildə Avropa İttifaqı ilə əməkdaşlıq sazişi imzalamağa hazırlaşan Sarkisyana ciddi təzyiq edərək son anda geri çəkilməyə məcbur etdiyi kimi, indi də Rusiyadan uzaqlaşıb Qərblə yaxınlaşmağa çalışan Paşinyana təzyiq etməyə çalışacaq. Amma bununla hansısa nəticəyə nail olacağı ciddi şübhə doğurur”.

O. Qasımovun fikrincə, Putin İrəvana səfər etməklə, Soçi görüşündə onun təkliflərini qəbul etməyib, Rusiya hərbçilərinin Qarabağda müvəqqəti olduqlarını bəyan edən Azərbaycana problemlər yaradıb, təzyiq göstərməyə çalışır. “Zatən son zamanlar 22 fevral anlaşmasını heçə sayan Rusiya mətbuatı anti-Azərbaycan təbliğatı ilə bu sahədə xeyli irəli gedib”, - deyə O. Qasımov əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər