13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
36 min əsgərin, 370 təyyarənin iştirakı ilə güc nümayişi başlayıb - Fotolar
Tarix: 10-11-2022 16:34 | Bölmə: Slayd
36 min əsgərin, 370 təyyarənin iştirakı ilə güc nümayişi başlayıb

Yaponiyadan 20 gəmi və 250 təyyarə, ABŞ-dan 10 gəmi və 120 təyyarənin iştirak edəcəyi birgə “Keen Sword” hərbi təlimi başlayıb.

Reyting.az
-ın məlumatına görə, ABŞ ordusu Yaponiyanın silahlı qüvvələri ilə birgə bu ölkənin ucqar adalarını müdafiə etmək və ballistik raketlərə müdaxilə məqsədi daşıyan “Keen Sword” təliminə start verib.

Şimali Koreyanın hədələyici raket sınaqlarından və Çinin Hind-Sakit okeanda təsirini artırdıqdan sonra Yaponiya təhlükəsizlik müttəfiqi ABŞ ilə çəkindirmə gücünü artırmağı hədəfləyir.



Xatırladaq ki, Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) və ABŞ ordusu Yaponiyanın cənub-qərbindəki adalar ətrafında ildə iki dəfə “Keen Sword” təlimi keçirir.

Təlimdə Yaponiya Quru, Dəniz və Hava Özünümüdafiə Qüvvələrindən təxminən 26 min əsgər və Kosmik Qüvvələri də daxil olmaqla ABŞ ordusundan 10 min əsgər iştirak edəcək.

Materikdən uzaqda yerləşən adaların müdafiəsini simulyasiya edən genişmiqyaslı təlimdə pərvanələri istiqaməti dəyişə bilən “əymə-rotorlu” təyyarələrdən də istifadə olunacaq.



Yaponiyadan 20 gəmi və 250 təyyarənin, ABŞ-dan isə 10 gəmi və 120 təyyarənin iştirak edəcəyi təlimdə Kanada, İngiltərə və Avstraliyadan da hərbi elementlər iştirak edəcək.

Yaponiya Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, noyabrın 19-dək davam etməsi planlaşdırılan təlim regional əməliyyat imkanlarını artırmaq məqsədi daşıyır.



“Fövqəladə hallara qarşı” çəkindirmə qabiliyyətini gücləndirməyi hədəfləyən təlim, həmçinin ballistik raketlərin tutulması və kiberkosmos əməliyyatlarını da əhatə edəcək.

Bu təlimlərin Çinə, Şimali Koreyaya və Rusiyaya açıq əzələ nümayişi sayanlar hesab edirlər ki, bununla da Vaşinqton və müttəfiqləri Sakit-Hind okeanında imkanlarını gücləndirir. Analitiklər əmindirlər ki, Ukrayna və İran prosesi ilə paralel olaraq əsas geopolitik qarşıdurma xətlərindən biri də Sakit-Hind okeanı hövzəsidir k, ABŞ və müttəfiqləri artıq bir neçə ildir ərbi gücünü bura istiqamətləndirir.

Reyting.az




Bölməyə aid digər xəbərlər