13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Deputat: “Rusiya və İran Azərbaycana münasibətdə normal xəttə qayıdacaqlar”
Tarix: 10-11-2022 17:01 | Bölmə: Slayd
Deputat: “Rusiya və İran Azərbaycana münasibətdə normal xəttə qayıdacaqlar”

“Rusiya və İranın nə vaxtı, nə də imkanı yoxdur ki, münasibətləri gərginləşdirsinlər, normallaşdırsınlar və ya eskalasiya etsinlər. Onlar özlərini mütləq yığışdıracaqlar”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Asim Mollazadə Bakı-Tehran və Bakı-Moskva münasibətlərinin perspektivini şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya və İran Azərbaycana münasibətdə normal xəttə qayıdacaqlar.

Deputat əlavə edib ki, indiki halda Azərbaycana öncə sülh lazımdır:

“Eyni zamanda Ermənistan dövlətinin üzərinə götürdüyü öhdəliklərə əməl etməsi vacibdir. Azərbaycan sülhə hazırdır. Ermənistan buradan ora, oradan bura qaçmağı yığışdırmalıdır. Bəli, ermənilər özlərinə yeni sahib, pullu ağa axtarışındadır. Ona görə də hələ bilmirlər ki, hara, kimə sığınsınlar. Məhz bu səbəbdən də prosesi uzadırlar. Amma bunun nəticəsi olmayacaq. Onlar haqq yoluna qayıtmalı və regionda sülhün yaradılması üçün fəallıq etməlidirlər. Əks təqdirdə onları yeni faciələr gözləyir”.

A. Mollazadə bildirib ki, Azərbaycana Vaşinqton, Brüssel və ya Soçi platformasından daha vacibi sülh lazımdır: “Heç bir platforma yoxdur. Ermənistanın üzərində öhdəliklər var və yerinə yetirilməlidir. İstəsə də, istəməsə də bunu edəcək. Heç kəs də ona sahib çıxmayacaq”.

Müsahibimizin fikrincə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin böyük güclər arasında rəqabətə çevrilməsindən söhbət getmir, burada kim Ermənistanın xərclərini üzərinə götürəcək və gün ağlayacaq məsələsi var: “Öz varlıqlarını göstərmək istəyən qüvvələr çətin ki, Ermənistana köməklik edə bilsinlər. İndi bütün ölkələrdə problemlər və sıxıntılar var. Odur ki, Ermənistan rəhbərliyi ciddi düşünməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər