13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Musabəyov: “Sülhməramlıları Qarabağdan çıxarmaq problem olmayacaq”
Tarix: 10-11-2022 18:11 | Bölmə: Slayd
Musabəyov: “Sülhməramlıları Qarabağdan çıxarmaq problem olmayacaq”

“Ermənilər Moskvada təklif edirlər ki, sülhməramlıların statusunu öncədən uzatmaq lazımdır. Azərbaycan prezidenti də deyib ki, belə bir şey olmayacaq. Yəni ermənilərə açıq ismarıc verib ki, buna ümid bağlamayın”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov əlavə edib ki, Azərbaycanın Qarabağdakı Rusiya sülhməramlılarına konkret iradları da var: “Onlar müəyyən edilən fəaliyyətdən kənara çıxırlar, bizim icazəmiz olmadan dəhlizdən xarici vətəndaşları, Ermənistan rəsmiləri ilə paralel erməni qüvvələri üçün silah-sursat da keçirirlər. Bununla bağlı iradlar da səslənib. Hesab edirəm ki, Rusiya tərəfi də bu iradlara ciddi yanaşmalıdır”.

Politoloq xatırladıb ki, Ağdam rayonu ərazisində Türkiyə-Rusiya müştərək monitorinq mərkəzi var. Musabəyov hesab edir ki, bu mərkəzdə olan türk zabitləri Laçın dəhlizidə durmalıdır: “Ona görə ki, daha heç kəs oradan silah-sursat daşımasın. Yəni dəhlizə ciddi nəzarət olmalıdır. Rusların məqsədi isə ermənilərlə əlbir olub bu ərazilərdə istədiklərini etməkdir”.

Deputatın fikrincə, vaxtı çatanda rus sülhməramlılarını Qarabağdan çıxarmaq problem olmayacaq: “Nə çətin işdir? Laçın dəhlizini bağlayırsan, vəssalam. Deyirsən ki, Ağdama dəmiryolu bərpa edilib, buyurun, gedin evinizə. Əlbəttə, fəsadları olacaq, amma biz də hər şeyə hazır olmalıyıq”.

R. Musabəyovun proqnozuna görə, Rusiya ilə müəyyən gərginliklər yaşana bilər: “Belə problemlər bu vaxta qədər də olub. Amma bu gərginliyin hansısa xəttdən aşmasının qarşısı alınıb və müəyyən razılaşmalar əldə edilıb. Düşünürəm ki, onlar bizə əzələ nümayişi elədilər, indi də əzələ nümayişini biz edirik. Buna qədər də əzələ nümayişi etdirmişik. Məsələn, Fərruxda terrorçu erməniləri cəzalandıranda, eləcə də Laçında. O zaman sülhməramlılara demişik ki, yerinizi bilin! Lazım gəlsə, Laçın dəhlizini bağlaya da bilərik. Bu, dağ ətəyindən keçən yoldur, onu dağıtmaq nə çətin işdir ki?”.

Reyting.az




Bölməyə aid digər xəbərlər