13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Putinin müharibədə son ümid bəslədiyi gəminin taleyi bəlli olub
Tarix: 11-11-2022 10:37 | Bölmə: Slayd
Putinin müharibədə son ümid bəslədiyi gəminin taleyi bəlli olub

Rusiya-Ukrayna müharibəsi fonunda dünya ölkələri prezident Putinin verəcəyi yeni qərarı gözləyir. Belə bir vaxtda, ötən günlərdə yoxa çıxan və “Putinin son ümidi” kimi təqdim edilən “Belqorod” nüvə sualtı qayığının taleyi bəlli olub.

Reyting.az
xəbər verir ki, Ukraynanın taktiki nüvə silahlarından istifadə edə biləcəyi iddiaları hər gün daha ucadan səslənsə də, iddiaların mərkəzində Rusiyanın ən müasir nüvə sualtı gəmisi “Belqorod” dayanır.

İtaliya mətbuatına sızan NATO xəbərdarlıq notasına görə, “Belqorod” Arktika Dairəsindəki öz bazasından yoxa çıxıb.

NATO-nun eyni xəbərdarlıq notasında bildirilir ki, “Poseydon” sualtı qayığı nüvə bombasını sınaqdan keçirmək üçün Qara dənizə doğru üzür.

Hərbi ekspertlər belə bir addımın Putinin müharibənin gedişatını dəyişdirmək üçün son çarəsi ola biləcəyi barədə xəbərdarlıq etsələr də, “Qiyamət silahı” deyilən “Belqorod” nüvə sualtı qayığının taleyi bəlli olub. Britaniyanın “Daily Mail” qəzeti sualtı qayığın öz missiyasını yerinə yetirə bilmədiyini yazıb.



ABŞ kəşfiyyatındakı yüksək vəzifəli şəxs iddia edib ki, Rusiya son həftələrdə “Poseydon”u sınaqdan keçirməyə cəhd edib və bu cəhdi uğursuz olub.

Eyni mənbəyə görə, uğursuz missiyadan sonra sualtı qayıq bazaya qayıdıb. Hələlik Rusiya tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, təxminən 185 metr uzunluğunda olan sualtı qayıq nüvə başlıqlı dron torpedaları daşıyır.

“Poseydon” - 500 metrə yaxınlaşan nüvə sunamisini işə salmaq üçün nəzərdə tutulmuş apokaliptik cihazdır. 15 min tonluq döyüş maşınının torpedalarının sahil zolağında sunami effekti yaratmaq imkanının olduğu bildirilir. Güman edilir ki, sualtı qayıq hər biri iki milyon ton trotil ekvivalentinə bərabər olan altı nüvə silahlı torpeda ilə təchiz olunub.

Reyting.az





Bölməyə aid digər xəbərlər