13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Keçmiş nazir: “Putinin İrəvan səfəri heç nəyi dəyişmir”
Tarix: 11-11-2022 17:21 | Bölmə: Slayd
Keçmiş nazir: “Putinin İrəvan səfəri heç nəyi dəyişmir”

“Rusiya prezidenti Vladimir Putinin noyabrın ortalarında Ermənistana səfəri heç nəyi dəyişməyəcək, dəyişə də bilməz. İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası keçiriləcək. Aydındır ki, KTMT-nin əsas aparıcı ölkəsi Rusiyadır. Rusiyanın indi hansı durumda olduğu məlumdur. Belə vəziyyətdə ümid varmı ki, Ermənistanı Belarus və ya Qazaxıstan qoşunları gəlib müdafiə edəcək? Belə ehtimala heç orta məktəbdə oxuyan uşaq da inanmaz”.

Bunu Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun ehtimalına görə, KTMT-nin İrəvanda baş tutacaq toplantısında hansısa bəyanatlar verilə bilər, amma reallıqda heç nə dəyişməyəcək: “Rusiya indi məcburdur ki, Ermənistandan silahlarını Ukrayna cəbhəsinə daşısın. Dəfələrlə məlumatlar sızıb ki, Ermənistandan təyyarələr uçur, onlar raketləri, ağır silahları aparırlar. Bu vəziyyətdə olan Rusiya İrəvanda hansı bəyanat verə və ya Azərbaycana qarşı hansı addımı ata bilər? İrəvanda da yalandan hansısa bəyanatlar verəcəklər. Eləcə də ermənilər öz narazılıqlarını bildirəcək, deyəcək ki, bizi aldadırsınız və s. Qısası, Putinin İrəvan səfəri gözlənildiyindən də əks-reaksiya verəcək. Çünki ortada real situasiya var və bunu dəyişmək indiki şərtlər çərçivəsində mümkünsüzdür”.

T. Zülfüqarov əlavə edib ki, Rusiya lideri V. Putinin İrəvana səfəri həm də Ermənistanda olan anti-Rusiya əhval-ruhiyyəsini azaltmaq üçün yaxşı addım sayılsa da, bu da nəticəsiz olacaq:

“Əlbəttə, Putin göstərəcək ki, ermənilərin yanındadır və onları müdafiə edirlər. İş orasındadır ki, onlar erməniləri çox vaxt aldadırlar. Amma inandırıcı deyil ki, erməniləri hər dəfə aldatmaq mümkün olsun. Elə buna görə də, Ermənistan gah İrana, gah da Fransaya ümid bağlayır, Hindistandan silah alır... İndi Putin gəlib deyəcək ki, uşaqlar, gəlin dostluq edək? Bu, gülməli ola bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər