13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusların Xersonu tərk etməsinin üç səbəbi var
Tarix: 11-11-2022 18:34 | Bölmə: Slayd
Rusların Xersonu tərk etməsinin üç səbəbi var

ABŞ 8 ay ərzində Ukraynada 100 min rus əsgərinin öldürüldüyünü və ya yaralandığını iddia etdiyi bir vaxtda, Rusiya qoşunlarının Xersondan çıxmasının səbəbləri də müzakirə predmetinə çevrilib. Ukrayna tərəfi prosesə ehtiyatla yanaşacağını bəyan etsə də, xalqın müqaviməti rusların bölgədə möhkəm dayana bilməməsində mühüm amil kimi qiymətləndirilir.

Reyting.az
xəbər verir ki, mart ayından işğal altında olan Ukraynanın Xerson şəhərindən Rusiya ordusunun geri çəkilməsi son vaxtlar bu sahədə ən mühüm inkişaf hesab edilir.

Dünən səhər saatlarında Rusiya qoşunları Dnepr çayının cənub sahilinə çəkilməyə başlayarkən, Rusiya Müdafiə Nazirliyi bəyan edib:

“Xerson şəhəri bölgəsində - Dnepr çayının şimal sahilində yerləşən qoşunlarımız hərbi əməliyyatlara başlayır. Əvvəlcədən planlaşdırıldığı kimi geri çəkilir və çayın cənub sahilində əvvəlcədən hazırlanmış Mikolaye-Krivorojsk xəttinə yerləşdirilir”.



Ukraynanın Baş Qərargah rəisi Valeri Zalujniy bu inkişafın Rusiyanın göstərməyə çalışdığı kimi xoşməramlı addım olmadığını, Ukraynanın əks-hücumlarının nəticəsi olduğunu vurğulayıb.

Düşmənin Xerson istiqamətində logistika yollarını, nəzarət və dəstək sistemini məhv etdiklərini bildirən Zalujnı bəyan edib ki, düşmənin Xersondan qaçmaqdan başqa çarəsi olmayıb.

Ukraynadakı Rusiya qoşunlarının komandanı Sergey Surovikinin hesabatına görə, Rusiya ordusunun Xersonda geri çəkilməsi ilə nəticələnən bu gedişin üç başlıca səbəbi var:

Birincisi, Rusiyadakı hərbi müşahidəçilərin fikrincə, geriçəkilmə qərarının əsas səbəbi Xersonda mülki əhalinin ilhaqçı ruslara boyun əyməməsidir. Partizan hərəkatı yayılmağa davam edib və bu, problemə çevrilib.

İkinci mühüm səbəb Dnepr çayında Kaxovsk bəndinin dağılma təhlükəsidir. Rusiyanın hərbi qərargahının məlumatına görə, Ukrayna qüvvələri bəndi söksəydilər, aşağı hissədə yerləşən Xerson şəhərinin böyük hissəsi su altında qala bilərdi. Mümkün bənd ssenarisi Rusiya ordusunu ciddi problemlə üzləşdirib.

Üçüncüsü, geriçəkilmə qərarına səbəb çayın şimal sahilinə sursat və təchizatın aparıldığı yolların xeyli dərəcədə kəsilməsi və Ukrayna ordusu tərəfindən tam nəzarətə götürülməsidir.

Onu da qeyd edək ki, Xerson şəhərinin Ukraynanın nəzarətinə keçməsi Rusiya üçün həm də mənəvi zərbədir.

Xersondan çıxmaq qərarını prezident Vladimir Putinin yerinə müdafiə naziri Sergey Şoyqu elan edib.



Əgər Xerson şəhərindən sonra cənubda yerləşən rayonlar da Kiyevin nəzarətinə keçərsə, bu, Dnepr çayından Krım yarımadasını su ilə təmin edən kanalın yenidən bağlanacağı anlamına gəlir.

Bu saatlarda Rusiya Müdafiə Nazirliyi elan edib ki, ordu Xersondan çıxıb və öncədən planlaşdırılan cəbhə xəttinə yerləşib. Xersona isə Ukrayna ordusunun ehtiyatlı daxilolma əməliyyatı başlayıb, ukraynalı partizanlar isə hazırda şəhəri Ukrayna dövlət bayraqları ilə gözəlləşdirirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər