13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Üç ölkənin kəşfiyyatı Putinə sui-qəsd planı hazırlayıb?
Tarix: 12-11-2022 17:06 | Bölmə: Slayd
Üç ölkənin kəşfiyyatı Putinə sui-qəsd planı hazırlayıb?

Putinə yaxın siyasi analitik Sergey Markov bildirib ki, Rusiya prezidentinin G20 sammitinə qatılmaqdan imtina etməsinin səbəbi terrora cəhd və ya fəalların hücumuna məruz qalaraq dünyada rüsvay olacağından qorxmasıdır.

Reyting.az
xəbər verir ki, İndoneziyada keçiriləcək G20 sammitində iştirak etməməyə qərar verən Rusiya prezidenti Valdimir Putinin öldürülmək qorxusu ilə səfərdən yayındığı iddia edilib.

Xatırladaq ki, Kreml Putinin gələn həftə G20-də iştirak etməyəcəyini “məşğul qrafiki” ilə əsaslandırıb. Kremlin sözçüsü Dmitri Peskov Rusiyada keçiriləcək görüşə görə Putinin Rusiyada qalmalı olduğunu bildirib.

Rusiyalı politoloq Markov isə Ukraynada davam edən müharibə səbəbiylə tənqid hədəfi olan Putinin bir çox ölkə liderinin qatılacağı sammitdə iştirakdan imtina etməsini başqa səbəblərlə əsaslandırıb.

Markov iddia edir ki, Böyük Britaniya, ABŞ və ya Ukrayna xüsusi xidmət orqanları Putinə hücum təşkil edə bilərlər.

Rusiyanın Ukraynada ələ keçirilən yeganə bölgə olan Xersondan çəkilmə qərarını sərt şəkildə tənqid edən Markov deyib ki, Putin kameralar qarşısında bir fəalın hücumuna məruz qalaraq yerə yıxılmaqdan qorxur. Onun sözlərinə görə, bəziləri əmindir ki, belə bir plan qurulub.

Onu da qeyd edək ki, Rusiya qoşunlarının Xersondan çıxarılması ölkədə böyük reaksiyalara səbəb olub. Dövlət televiziyasının tanınmış simalarından olan Anastasiya Kasevarova bildirib ki, Xersonun “yıxılması” geriyə iri addımdır. Bir çox mühüm bölgələri itirdiklərini diqqətə çatdıran Kasevarova “Bizim böyük planımız nə idi? Mən düşünmürəm ki, Kremldə və ya Müdafiə Nazirliyində heç kim bunun cavabını bilmir”,- deyib.

“Komsomolskaya Pravda”nın analitiki Sergey Mardan isə Ukraynadakı “xüsusi əməliyyat”ın Xersondan geri çəkilmək qərarı ilə başa çatdığını qeyd edib.




Bölməyə aid digər xəbərlər