13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Müttəfiqləri Rusiyadan üz döndərir?
Tarix: 14-11-2022 11:32 | Bölmə: Slayd
Müttəfiqləri Rusiyadan üz döndərir?

Doqquz aydır Ukraynada davam edən müharibədə Rusiya ordusunun geri çəkilməsi bu ölkənin ən böyük uğursuzluğu kimi qiymətləndirilir. Belə bir vaxtda Çindən verilən açıqlama təəccüblə qarşılanıb.

Reyting.az
Britaniyanın “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, yüksək vəzifəli məmur Pekinin Ukrayna ilə bağlı siyasəti haqqında kifayət qədər geniş danışıb. Həmin şəxs Rusiyanın Ukraynadakı ehtiyatsız davranışından narahat olduğunu, hətta utandığını deyib. Ancaq bu sözlərin kim (hansı Çin rəsmisi) tərəfindən səsləndirildiyini açıqlamır.

Amma Kambocanın Pnompen şəhərində keçirilən sammitdə Çini baş nazir Li Keqiang təmsil etdiyi üçün ehtimal kimi yada ilk olaraq bu şəxs düşür. L. Keqiang isə Çində kifayət qədər nüfuzlu, ölkə siyasətinə təsir imkanları olan fiqurdur.

Bəyanat Pekinin müharibədə Moskvaya verdiyi dəstəyi geri götürəcəyinə dair ilk işarə kimi də şərh edilir.

Bu arada digər bir iddia da irəli sürülüb. Bildirilir ki, Çin və Hindistan G20 sammitinə qədər Rusiyaya vaxt veriblər və bu müddətdə Ukrayna ilə məsələni həll edib, müharibəni dayandırmasını istəyirlər. İddia olunur ki, bu tarixdən sonra Çin və Hindistan Putinin başlatdığı müharibəyə haqq qazandırmaq niyyətində olmayacaqlar.

Onu da qeyd edək ki, Ukrayna prezidenti Zelenski bildirib ki, Rusiya qüvvələri Xersondan geri çəkilərkən müstəntiqlər Xersonun tərk edilmiş ərazilərində 400-dən çox hərbi cinayətin üstünü açıblar. Zelenski deyib ki, Rusiya ordusu Xersondan geri çəkilərkən digər bölgələrdəki vəhşiliklərini təkrar ediblər. Onun sözlərinə görə, hər bir qatili tapıb ədalət qarşısında cavab verməyə məcbur edəcəklər.




Bölməyə aid digər xəbərlər