13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Məşhur görücünün 2023-cü il proqnozları üzə çıxıb
Tarix: 14-11-2022 11:59 | Bölmə: Slayd
Məşhur görücünün 2023-cü il proqnozları üzə çıxıb

Balkanların Nostradamusu kimi tanınan və ölümünə baxmayaraq açıqlamaları hələ də şərh edilən görücü Vanqanın 2023-cü il üçün proqnozları ortaya çıxıb.

Reyting.az
xəbər verir ki, dünyaca məşhur olan Vanqanın 2022-ci il üçün 6 proqnozundan bəziləri reallaşarkən, ekspertlər və falçılar onun 2023-cü ilə hesablanmış proqnozlarını araşdırmağa başlayıblar.

Vanqanın keçmişdəki açıqlamalarını və proqnozlarını şərh edən ekspertlər 2023-cü ildə bioloji silahlardan istifadənin mümkünlüyünə diqqət çəkiblər. Dünya mətbuatında iddia olunur ki, xüsusilə böyük dövlətlər kiçik ölkələrə bioloji silahla hücum edə bilərlər.

Vanqanın açıqlamalarına istinadla qeyd olunur ki, Günəşdə baş verəcək partlayışların və Günəş sunamisinin təsiri Yer kürəsində də hiss oluna, bu isə həyata mənfi təsir göstərə bilər.


Vanqa

Yerin maqnit tarazlığının pozula biləcəyini iddia edən mütəxəssislər, bu partlayışlar və fırtınalar səbəbiylə elektrik enerjisinin kəsilməsi və rabitə kanallarında problemlərin yaranacağını iddia edirlər. Bu partlayışlarla qaranlıq dövrün başlaya biləcəyi də səslənən iddialardandır.

Baba Vanqanın 2023-cü il üçün açıqlamalarını dəyərləndirənlər 2023-cü ildə Yer orbitinin dəyişə biləcəyini və buna görə də çox böyük iqlim dəyişikliklərinin baş verəcəyini düşünürlər. Dünyanın Günəşə yaxınlaşması ilə həddindən artıq istilərin və artan radiasiyanın insan həyatına mənfi təsir göstərə biləcəyi, Yerin Günəşdən uzaqlaşacağı təqdirdə isə buz dövrünün başlayacağı mümkün hesab edilir.

Baba Vanqanın proqnozları arasında başqa bir iddia Asiya qitəsində nüvə partlayışıdır. Vanqanın açıqlamalarını araşdıran ekspertlər Asiya qitəsində zəhərli bulud təbəqələrinin əmələ gələ biləcəyi və bir çox ölkələrin bundan təsirlənəcəyini ehtimal edirlər.

Onu da qeyd edək ki, keçmişdə Vanqanın açıqlamalarına münasibət bildirənlər 2023-cü ildə insanların laboratoriyalarda istehsal olunacağını iddia edirdilər. Vanqanın iddiasına görə, gələcəkdə təbii doğuş qadağan olunacaq və bütün insanlar laboratoriyada istehsal olunacaq.





Bölməyə aid digər xəbərlər