13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
İran regionda yeni gərginlik yaratmağa çalışır - Deputat
Tarix: 15-11-2022 19:19 | Bölmə: Slayd
İran regionda yeni gərginlik yaratmağa çalışır

Bu ilin 8 ayı ərzində ticarət dövriyyəsini 43.0 faiz artıran İran Ermənistanla illik 3 milyard dollarlıq ticarət qurmağı hədəfləyir. Digər tərəfdən də isə qaz ixracını 2 dəfə artacağını bəyan edib. Din amilindən öz xarici siyasətinin aləti kimi istifadə edən İran Ermənistanın hər mənada qayğısına qalır.

Bunu Reyting.az-a Milli Məclisin üzvü, iqtisadçı-alim Vüqar Bayramov deyib.

V. Bayramov diqqətə çatdırıb ki, İran Azərbaycan torpaqlarını uzun müddət işğalda saxlayan bir ölkə ilə ən sıx münasibətlər qurur. Eyni zamanda İranı Ermənistanla birləşdirən avtomobil və dəmir yolunun tikintisinə xüsusi əhəmiyyət verərək əslində regionda yeni nəqliyyat istiqamətinin formalaşmasına səmərəsiz cəhdlər edir.


V. Bayramov

V. Bayramovun sözlərinə görə, nə qədər qəribə olsa da, Zəngəzur dəhlizi məsələsi gündəmə gəldikdən sonra İran yenidən aqressivləşib və ölkəmizə qarşı təhdid dolu bəyanatlarının sayını artırmaqdadır: “Belə görsənir ki, İran Azərbaycan torpaqlarının işğalda qalmasında maraqlı dövlətlərdən imiş. Çünki bununla ölkəmiz ilə İran azərbaycanlıları yaşayan şimal-qərb bölgələri arasında “bufer zona”sı yaratmağı hədələyirmiş”.

Milli Məclis üzvünün fikrincə, İranın Zəfərdən sonra sərhədlərimizdə irimiqyaslı hərbi təlimlərin keçirməsi hərbi avantüra olmaqla yanaşı səmərəsiz əzələ nümayişidir: “44 günlük Vətən müharibəsi də göstərdi ki, Azərbaycan bu tip hədələrin qarşısını almaq gücündədir. Görünən odur ki, İran daxilində Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırmağa çalışırlar və hətta Tehran ölkəmizdə bir sıra dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində işi gücləndirib. Bu da regionda yeni gərginlik yaratmağa xidmət edir”.

V. Bayramov sonda qeyd edib ki, Azərbaycanın Zəfərindən sonra formalaşan yeni düzən bəzi dövlətləri narahat etməkdədir. Həmin dövlətlərin Azərbaycana qarşı tədidləri isə səmərəsizdir.




Bölməyə aid digər xəbərlər