13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Kilsədəki cinayətlər: daha 89 uşaq cinsi zorakılığa məruz qalıb
Tarix: 18-11-2022 13:41 | Bölmə: Slayd
Kilsədəki cinayətlər: daha 89 uşaq cinsi zorakılığa məruz qalıb

İtaliyadakı Katolik Kilsəsinin ən yüksək səviyyəli təşkilatı olan İtaliya Yepiskoplar Konfransı (CEI) 2020-2021-ci illər ərzində 89 yetkinlik yaşına çatmayan və həssas vəziyyətdə olan insanın cinsi zorakılığın qurbanı olduğunu bildirib.

Reyting.az
xəbər verir ki, kilsənin bir müddətdir gözlənilən cinsi istismar hadisələri ilə bağlı ilk hesabatı açıqlanıb. 2020-2021-ci illərdə 89 nəfərin cinsi zorakılığa məruz qaldığı bildirilən hesabatda qurbanlardan 61-nin 10-18 yaş qrupu, 12-nin 10 yaşdan kiçik, 16-nın isə həssas yetkinlər olduğu qeyd edilib.

Hesabatda sözügedən dövrdə sui-istifadə edən 68 nəfərin aşkar edildiyi bildirilib və onlardan 30-nun keşiş, 23-nün kilsədə işləyən, lakin heç bir dini vəzifəsi olmayan, 15-nin isə fəaliyyət göstərən digər din xadimləri olduğu diqqətə çatdırılıb.

İtaliyada uşaq zorakılığı ilə mübarizədə tanınmış dərnəklərdən biri olan Rete Abuso (Sui-istifadə Qurbanları Şəbəkəsi) prezidenti Françesko Zanardi internet səhifəsində hesabatı tənqid edib.

Zanardi deyib ki, son 2 ili əhatə edən hesabat əhatə baxımından çox məhduddur və “saf təbliğat”dır.

Sui-istifadə hadisələrində iştirak edən yepiskopların 14 faizinin hesabatda iştirak etdiyini bildirən Zanardi, bunların yalnız yepiskoplar tərəfindən bildirilən hadisələr olduğunu və məhkəmə sisteminə gətirilən şikayətlərin daxil edilmədiyini diqqətə çatdırıb.

Özü də daha əvvəl bir keşiş tərəfindən zorakılığa məruz qalan Zanardi, hesabatda qurbanlar üçün heç bir təzminat, dəstək, araşdırma və ya məhkəmə orqanları ilə əməkdaşlıqdan bəhs edilmədiyinə diqqət çəkib.

Zanardi İtaliyada bu işin əsas məsulunun “Avropada bu mövzuda heç bir bildiriş verməyən yeganə dövlət olan İtaliya” olduğunu bildirib.




Bölməyə aid digər xəbərlər