13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Makron gərginliyi yenidən qızışdırır - Fotolar
Tarix: 19-11-2022 13:08 | Bölmə: Slayd
Makron gərginliyi yenidən qızışdırır

Fransa prezidenti Emmanuel Makron Avstraliya, ABŞ və Böyük Britaniyanın ötən il imzaladığı AUKUS Paktı ilə bağlı müzakirələri yenidən qızışdırıb və Avstraliyanın Çinlə nüvə münaqişəsində olduğunu iddia edib. Avstraliyanın baş naziri isə Makronun tənqidlərini nəzərə almadan deyib ki, ABŞ və Britaniya ilə imzalanan müqavilə qüvvədədir, Parislə razılaşma isə ləğv olunub.

Reyting.az
xəbər verir ki, Taylandın paytaxtı Banqkokda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammiti (APEC) bir çox dünya liderini bir araya gətirib. Fransa prezidenti Emmanuel Makronun isə burada verdiyi açıqlamalar Fransa ilə Avstraliya arasında diplomatik gərginliyi yenidən alovlandırıb.



Xatırladaq ki, keçən il ABŞ və İngiltərədən nüvə sualtı qayıqları almağa qərar verən Avstraliya, ABŞ-Avropa münasibətlərinə təsir edəcək böhrana çevrilən Fransa ilə milyard dollarlıq dizel sualtı qayıq müqaviləsini pozub. Bu böhrandan bir il sonra Makron APEC sammitində bu məsələni yenidən gündəmə gətirərək Avstraliyanın nüvə sualtı qayıqları ilə bağlı qərarının Çinlə “nüvə münaqişəsinə” səbəb olduğunu bildirib və çox milyardlıq AUKUS təhlükəsizlik paktının həyata keçirilməyəcəyini iddia edib.

Fransa sualtı qayıqları ilə bağlı razılaşmanın hələ də masada olduğuna israr edən Makron, Avstraliyanın Fransa ilə ilk razılaşmasının nüvə enerjili sualtı gəmilər olmadığı üçün Çinlə böhran yaratmayacağını bildirib: “Amma Avstraliyanın keçmiş baş naziri Morrisonun seçimi bunun əksi oldu. O, həm nüvə münaqişəsinə yenidən girdi, həm də özünü saxlaya bilməyəcəkləri sualtı qayıqlardan tamamilə asılı vəziyyətə saldı”.



Keçən il böhran başlayanda Makron Avstraliyanın baş naziri Skott Morrisonu son dəqiqəyə qədər müqavilənin ləğv ediləcəyi barədə məlumat verməyərək onu “yalan danışmaqda” ittiham etmişdi. Fransanın xarici işlər naziri Jean Le Drian daha sərt açıqlama verərək, “biz kürəyimizdən bıçaqlandıq”,- demişdi.

E. Makron Balidə keçirilən G20 Sammitində Avstraliyanın baş naziri Antoni Albanese ilə görüşüb. A. Albanese də kritik zirvədə mövzu ilə bağlı qiymətləndirmələr edib və Makronun bütün tənqidlərinə baxmayaraq AUKUS razılaşmasına sadiq qalacaqlarını bildirib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Avstraliya, ABŞ və Böyük Britaniyanın Çinə qarşı imzaladığı AUKUS Paktı (Avstraliya-Böyük Britaniya-ABŞ) Avstraliyanın nüvə sualtı qayıqlarının istehsalı üçün lazım olan texnologiyanın təminatını ehtiva edir.



Razılaşmadan sonra Avstraliya ilə Fransanın Dəniz Qrupu arasında 12 şərti dizel-elektrik sualtı qayığın inşası üçün 66 milyard ABŞ dolları dəyərində müqavilənin ləğv edildiyi açıqlanıb. Bu qərardan sonra Fransa Vaşinqton və Kanberradakı səfirlərini geri çağırıb.




Bölməyə aid digər xəbərlər