13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Kəşfiyyat rəhbərinin məxfi danışıqları... - İki ölkə Türkiyənin qisas əməliyyatına seyriçi qalıb
Tarix: 21-11-2022 11:02 | Bölmə: Slayd
Kəşfiyyat rəhbərinin məxfi danışıqları... - İki ölkə Türkiyənin qisas əməliyyatına seyriçi qalıb

Türkiyə Silahlı Qüvvələri “Pəncəli qılınc” əməliyyatı ilə terror təşkilatı PKK/PYD/YPG/SDG-yə ağır zərbələr endirib. Məlumata görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın danışıqları nəticəsində Suriya və Rusiyaya məxsus hava sistemləri əməliyyat zamanı hərəkətə gətirilməyib.

Reyting.az
xəbər verir ki, İstanbul şəhərinin İstiqlal küçəsində törədilən terrorun qisasını alan Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya və İraqda eyni vaxtda əməliyyat keçirib. Terror aktının başında duran 89 terror yuvasını yerlə-yeksan edən türk əsgəri 8-i qrup rəhbəri olmaqla, azı 60 terrorçunu zərərsizləşdirib.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanın “Bir gecə qəfil gələ bilərik” xəbərdarlığından sonra Türkiyə PKK ilə mübarizə tarixinin ən böyük hava əməliyyatını keçirib.

Bildirilir ki, Suriya və İraqı əhatə edən əməliyyatdan əvvəl MİT və TSK rəsmilərinin və SMO əməkdaşlarının Azezdə gizli toplantısı olub. Sərhəddən edilən əlavə sursat dəstəyi ilə yanaşı, sərhəddə və Suriya daxilində yerləşən bütün hücum bölmələri də gün ərzində döyüş hazırlığı vəziyyətinə gətirilib. Axşam saatlarında taktiki xarakter daşıyan ÇNR, minaatan və artilleriya batareyaları yerini dəyişərək hava əməliyyatını gözləməyə başlayıb.



80 türk qırıcısı qərbdəki Tel-Rifat bölgəsinə ilk bomba atarkən, MİT-in təyin etdiyi nöqtələrlə birlikdə Suriyanın Tel-Temir, Ayn İsa, Meryemin, Dirbəsiyə, Qamışlı, Aynel Arap, Beluniye, Matar Minnəq, İraqda Sincar, Qəndil, Karaçok, Kamışlı, Asos və Mahmura zərbələr endirilib.

Əməliyyat strategiyası terror təşkilatının rabitə, logistika, nəqliyyat, təlim və tunel başlanğıc nöqtələri əsasında hazırlanıb. Bu çərçivədə PKK-nın silah-sursat və yanacaqsaxlama mərkəzlərinə çevirdiyi buğda anbarları xüsusi hədəfə çevrilərkən, İraq tərəfində təşkilatın sığınacaqları, bunkerləri, mağaraları, tunelləri və anbarları dağıdılıb.

Türkiyənin əməliyyatı zamanı Suriya və Rusiya hava elementlərinin fəaliyyətsiz qalması da diqqət çəkib. Məlumata görə, MİT rəhbəri Hakan Fidanla Suriya kəşfiyyatının əsas şəxslərindən olan Əli Məmlük arasında keçirilən görüş əməliyyatda mühüm rol oynayıb. Fidanın bu yaxınlarda Məmlüklə keçirdiyi görüşdə Türkiyənin Suriya daxilində 40 kilometr dərinlikdə hava əməliyyatı keçirməsini razılaşdırıb.



Tərəflər həmçinin PKK-ya qarşı quru əməliyyatı ilə bağlı əməkdaşlığı müzakirə ediblər. Suriya müxalifəti Türkiyə döyüş təyyarələrinin son əməliyyatda sərhədin sıfır nöqtəsinə manevr etdiyini açıqlasa da, bəzi mənbələr təyyarələrin sərhədin Suriya tərəfdən hədəflərini vurduğunu bildirib.

Dəməşq qanadının əməliyyatdan sonra susması da diqqət çəkib. Əsədə yaxın qaynaqlar kəşfiyyat səviyyəsində davam edən danışıqlarda Bəəs administrasiyasının siyasi miqyas qazanması baxımından təşəbbüs göstərəcəyi barədə məlumat paylaşıb.



Reyting.az




Bölməyə aid digər xəbərlər