KTMT-nin İrəvan sammiti və Putinin Ermənistan səfəri nəyi dəyişəcək? - Deputat
Tarix: 22-11-2022 13:36 | Bölmə: Slayd
KTMT-nin İrəvan sammiti və Putinin Ermənistan səfəri nəyi dəyişəcək?

Bu gün İrəvanda Kollektiv Təhlüksizlik Müqaviləsi Təşkilatının (KTMT) Sammiti başlayacaq. Sammitdə bir sıra təşkilati məsələlərə də baxılacaq. Ermənistan üçün KTMT-nin tədbirinin əlamətdar edən odur ki, Rusiya prezidenti Vladimir Putin bu tədbirdə iştirakıdır. Ermənilər ümid edirlər ki, paytaxt İrəvana səfər edən Putin Azərbaycana qarşı Ermənistanı dəstəkləyən, ümid verən nələrsə deyə bilər. Çünki İrəvan faktiki olaraq, KTMT-də təmsil olunan Belarus, Qazaxıstan və digər ölkələrdən dəstək mənasında əlini üzüb.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov KTMT-nin İrəvan sammiti və Putinin mümkün səfərini şərh edərkən deyib.

R. Musabəyov diqqətə çatdırıb ki, V. Putinin İrəvana gözlənilən səfəri heç nəyi dəyişməyəcək: “Belarus, Qazaxıstan və Qırğızıstan liderləri uzun müddətdir ki, şifahi dəstəyi belə hesablamırdılar, çünki ermənilər siyasi təminat eşitməyə və hərbi yardım almağa ümid edirlər. Lakin Ukrayna ilə özünü ədalətsiz müharibə bataqlığına sürükləyən Moskva, indi erməni forpostu üçün bundan artıq heç nə edə bilmir. Çox güman ki, Putin hansısa ümidverici sözlər deyəcək, nəsə vəd edəcək, lakin o, İkinci Qarabağ müharibəsi nəticəsində regionda formalaşmış siyasi və hərbi konfiqurasiyanı dəyişmək iqtidarında deyil”.

Musabəyov əlavə edib ki, Vaşinqton Ermənistanı Azərbaycanla sülh müqaviləsi bağlamağa çağırır, Moskva isə bu məsələdə tələsməməyi məsləhət görür: “Nikol Paşinyan isə Rusiya-Ukrayna müharibəsinə bir aydınlıq gəlməsini gözləmək istəyir ki, patronu dəyişəndə Kremldən təhlükə hiss etməsin”.

Musabəyovun proqnozuna görə, KTMT-nin İrəvan Sammiti və prezident Putinin Ermənistan səfəri Cənubi Qafqaz səhnəsində cüzi dəyişikliyə səbəb ola bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}