07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Rusiyalı deputat: “Ukraynanı 18-ci əsrə qaytaracağıq”
Tarix: 25-11-2022 14:49 | Bölmə: Slayd
Rusiyalı deputat: “Ukraynanı 18-ci əsrə qaytaracağıq”
Pyotr Tolstoy

Ukraynanın elektrik stansiyalarına raket hücumları insan tələfatı ilə yanaşı ölkə vətəndaşlarını digər ciddi problemlərlə də üzləşdirib. Soyuq aylarda işıqsız qalan ukraynalıların istilik və sığınacaq problemlərini həll edə bilmədikləri bir vaxtda Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy bildirib ki, hücumlar Ukrayna tamamilə qaranlığa qərq olana qədər davam edəcək.

Reyting.az
-ın məlumatına görə, P. Tolstoy deyib ki, qış fəsli başlamazdan əvvəl Rusiyanın Ukraynadakı elektrik stansiyalarına hücumlar azalmayacaq.

Dumanın sədr müavini əlavə edib ki, Rusiyanın hücumları Ukraynanın infrastrukturunu məhv edib, ölkəni 18-ci əsrə qaytaracaq.

ABŞ, Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan rusiyalı deputat Fransanın BFM telekanalına açıqlamasında Ukraynanın müttəfiqlərini “qiyməti ödəmək”lə də hədələyib.

Amma “Qərb illərlə davam edəcək müharibəyə hazırlaşmalıdır”,- deyən Tolstoyun açıqlaması Rusiya Müdafiə Nazirliyinin məlumatları ilə ziddiyyət təşkil edir.

Xatırladaq ki, rəsmi Moskva Ukrayna paytaxtının kritik infrastrukturuna dəyən ziyanın “xarici və Ukrayna” hava hücumundan müdafiə raketləri tərəfindən törədildiyi barədə iddialar irəli sürüb. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, “Ukrayna Rusiya tərəfinin tələblərinə cavab verəcək şəkildə geri addım atmaqla əzablara son qoya bilər”. Peskov bildirib ki, Ukrayna administrasiyasının vəziyyəti normallaşdırmaq üçün hər cür imkanı var.

Qeyd edək ki, rəsmi Moskva Ukraynanın sülh danışıqları başlamazdan əvvəl ölkədən geri çəkilmək tələbini dəfələrlə rədd edib. Oktyabrın əvvəlindən Rusiya Ukraynanın elektrik şəbəkəsini sıradan çıxarmaq üçün raket hücumları həyata keçirir. İran istehsalı olan dronlarla Ukraynadakı enerji hədəflərinə hücum edən Rusiya qış sərt soyuğunu ukraynalılar üçün kütləvi qığın silahına çevirmək istəyir.

Avropa Komissiyasının sədri Ursula von der Leyen Rusiyanın bombardmanlarını “müharibə cinayətləri” kimi qiymətləndirərək “Putin qəsdən və vəhşicəsinə ölkənin mülki infrastrukturunu hədəfə alır, qadın, kişi və uşaqları qaranlıqda qoyur”,- bəyanatını verib.

Rusiya hücumlarının davam edəcəyi təqdirdə daha milyonlarla insanın ölkəni tərk edə biləcəyini vurğulayan Ümumdünya Səhiyyə Təşkilatı isə “həyat üçün təhlükəli” şərtlərin yarandığı barədə xəbərdarlıq edib.

Bu arada Kiyevin meri Vitali Kliçko qeyd edib ki, bir gecədə bəzi su təchizatı bərpa olunsa da, şəhərin üçdə ikisi sussuz qalıb. Ukrayna ordusunun rəhbərliyi isə bildirib ki, Rusiya çərşənbə günü Ukraynanın qəsəbə və şəhərlərinə 70-ə qədər qanadlı raket atıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}